Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında pilotsuz sistemlərin birgə istehsalına dair protokol imzalanıb

11 İyul 2018
 

İyulun 11-də Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə İsrailin “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, protokol müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində imzalanıb.

Yəhya Musayev nümayəndə heyətinin rəhbəri Yedidia Yaarini “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış “AZAD Systems” müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışılıb.