Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pompeo Rusiyaya daha sərt münasibət vəd edir

13 Aprel 2018
ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Mayk Pompeo Senatın beynəlxalq məsələlər komitəsində dinləmələr zamanı Prezident Donald Trampın administrasiyasının Rusiyaya münasibətdə sərt mövqeyinə tərəfdar çıxmışdır. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Pompeonun dediyinə görə, ABŞ-ın zəif siyasəti sayəsində Rusiyanın aqressiv hərəkət etdiyi dövr keçib getmişdir. O əlavə etmişdir ki, Rusiya Prezidenti Putin “ABŞ-ın verdiyi siqnalı hələ tam şəkildə almamışdır”, ona görə də Moskvaya qarşı daha çox sanksiyalar tətbiq etmək lazımdır. 

MKİ-nin keçmiş direktoru qeyd etmişdir ki, Tramp yeni milli təhlükəsizlik strategiyasında Rusiyanı haqlı olaraq ABŞ üçün təhlükə kimi müəyyənləşdirmişdir: “Biz onsuz da güclü olan ordumuzda islahatlar keçiririk, nüvə qüvvələrimizi modernləşdiririk. Moskvaya qarşı sərt sanksiyalar tətbiq etmiş, soyuq müharibədən sonrakı dövrdən daha çox rusiyalı diplomat və kəşfiyyatçını ABŞ-dan çıxarmışıq”.