Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aİ İranla nüvə sazişini dəstəkləyir

12 Yanvar 2018
Avropa İttifaqı (Aİ) ölkələri, o cümlədən Almaniya, Fransa və Böyük Britaniya İranla nüvə sazişini qətiyyətlə dəstəkləyir. Belə bir mövqe İranın xarici işlər naziri Cavad Zərifin, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin, həmçinin Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri Boris Conson, Ziqmar Qabriel və Jan-İva Le Drianın iştirakı ilə Brüsseldə keçirilmiş birgə mətbuat konfransında ifadə olunmuşdur.

Mogerini məlumat vermişdir ki, müzakirələrin gedişində 2015-ci ildə İranın nüvə proqramına dair İran və P5+1 ölkələrinin (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniya) razılaşdırdığı sazişin reallaşdırılması mövzusuna toxunulmuşdur. Onun dediyinə görə, İran sazişə riayət edir, Aİ isə sənədin icrasını dəstəkləməkdə davam edəcək: “Saziş çərçivəsində İrana qarşı sanksiyaların ləğv edilməsi beynəlxalq ticarətə və Aİ ilə iqtisadi əlaqələrə müsbət təsir göstərmişdir ki, bu, İran xalqının da mənafeyinə xidmət etmişdir”.