Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Soy Madridista”: “Real Madrid” Zinəddin Zidanı Yoaxim Lövlə əvəzləməyi qərara alıb

11 Yanvar 2018
“Real Madrid” futbol klubu yeni baş məşqçi axtarışına başlayıb.

AZƏRTAC “Soy Madridista” portalına istinadla xəbər verir ki, Madrid təmsilçisi Almaniya millisinin baş məşqçisi Yoaxim Lövlə danışıqlara start verib.

“Real Madrid” klubunun rəhbərliyi Lövün Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatından sonra komandanın sükanı arxasına keçməsinə çalışır.

Baş məşqçi dəyişikliyi barədə Madrid klubunun hazırki çalışdırıcısı Zinəddin Zidana da məlumat verilib.

Qeyd edək ki, Yoaxim Lövün Almaniya millisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.