Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Apple” yeni rekorda imza atıb

08 Yanvar 2018
“Apple” şirkətinin vitse-prezidenti Fil Şiller “App Store” əlavələr mağazasının növbəti rekorda imza ataraq bayram günlərində 890 milyon dollardan çox qazanc əldə etdiyini bildirib.

AZƏRTAC “macdigger.ru” saytına istinadla xəbər verir ki, vitse-prezident, həmçinin əlavə edib ki, 2017-ci ildə şirkətin əlavə tərtibatçıları 26,5 milyard dollar qazanıblar. Bu, ötən ildəkindən 30 faiz çoxdur.

F.Şillerin sözlərinə görə, ötən il ərzində şirkətin ən böyük nailiyyəti “App Store” mağazasının “iOS 11” əməliyyat sistemində dizaynını yeniləməsidir.