Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tramp KXDR-i təcrid etməyə çağırır

08 Noyabr 2017
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxış edərkən bildirmişdir ki, bütün “məsuliyyətli ölkələr” Şimali Koreyanı təcrid etmək üçün səyləri birləşdirməlidir. Bu barədə CNN telekanalı xəbər verir.

Tramp həmçinin Rusiya və Çini KXDR-lə iqtisadi əlaqələri kəsməyə, Pxenyanla diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa çağırmışdır.

Bundan başqa, ABŞ lideri KXDR-ə xəbərdarlıq etmişdir: “Mən Şimali Koreyaya üz tutarkən təkcə öz ölkələrimizin adından yox, bütün mədəni ölkələrin adından danışıram: bizi lazımınca qiymətləndirin, bizi sınağa çəkməyin. Biz ümumi təhlükəsizliyimizi, ümumi çiçəklənməmizi və müqəddəs azadlığımızı müdafiə edəcəyik”. Tramp əlavə etmişdir ki, “ABŞ şəhərlərinin dağıntı ilə hədələnməsinə imkan verməyəcəyik. Bizi qorxutmaq olmaz”.