Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“DÇ-2018”: Almaniya və İngiltərə yığma komandaları mundiala vəsiqəni təmin ediblər

06 Oktyabr 2017
Oktyabrın 5-də “DÇ-2018”in Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində IV tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun ilk günündə “C”, “E” və “F” qruplarında qarşılaşmalar keçirilib.

“C” qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb. Qrupumuzda keçirilən digər matçlarda da qonaqların qələbələri qeydə alınıb. Almaniya millisi Şimali İrlandiya yığmasından (3:1), Norveç komandası isə San Marinodan üstün olub (8:0).

Günün digər oyunları isə aşağıdakı kimi nəticələnib:

 

“E” qrupu

Rumıniya – Qazaxıstan – 3:1

Ermənistan – Polşa – 1:6

Monteneqro – Danimarka – 0:1

 

“F” qrupu

Malta – Litva – 1:1

İngiltərə - Sloveniya – 1:0

Şotlandiya – Slovakiya - 1:0