Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaxın üç gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir

11 Sentyabr 2017
Ölkə ərazisində sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22°, gündüz 28-32° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 14-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişli olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-24°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 20-24° isti olacağı gözlənilir.