Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Perunun eks-prezidenti və həyat yoldaşı həbs edildi

14 İyul 2017
Dünən Perunun sabiq prezidenti Olyanta Umala və onun həyat yoldaşı Nadin Erediya 18 ay müddətinə həbsə alınmışlar. Həmin müddətdə çirkli pulların yuyulması ilə bağlı iş üzrə təhqiqat keçiriləcək. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Məlumata görə, srağagün hakim Riçard Konsepsyon prokuror German Xuaresin vəsatətini təmin edərək həbs üçün order vermişdir.

Prokurorluq Umala və Erediyanı Venesuelanın mərhum prezidenti Uqo Çavesdən, habelə Braziliyanın Odebrecht SA və OAS SA tikinti şirkətlərindən qanunsuz olaraq pul almaqda ittiham edir.

Eks-prezident və onun həyat yoldaşı bu ittihamlarla razılaşmırlar.

Xatırladaq ki, Olyanta Umala 2011-2016-cı illərdə Perunun prezidenti olmuşdur.