Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Koreya Respublikası Prezidentinin vəzifəsini müvəqqəti icra edən və Baş nazir Hvan Kyoandan

11 Aprel 2017
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Koreya Respublikasının dövləti və xalqı adından Azərbaycan Respublikasının Prezidentinə və xalqına səmimi salamlarımı çatdırıram.

Diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən sonrakı dövrdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq duyuram. Ölkələrimizin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri, xüsusən də Sizin 2007-ci ildəki səfəriniz nəticəsində əməkdaşlığımız yeni mərhələyə qədəm qoymuşdur. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və mədəni mübadilənin daha da genişlənəcəyinə ümid edirəm.

Ötən əsrin sonlarından başlayaraq dostluq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyimiz qarşılıqlı səylərə əsaslanaraq, ikitərəfli və səmərəli əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsini arzulayıram.

Neft-kimya Kompleksinin tikintisi daxil olmaqla, enerji infrastrukturu, nəqliyyat və telekommunikasiya kimi müxtəlif sahələrdə ikitərəfli strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın dərinləşməsinə göstərdiyiniz daimi marağa və dəstəyə görə Zati-alinizə təşəkkürümü bildirmək və möhkəm cansağlığı, ölkənizə sonsuz tərəqqi arzu etmək istərdim.

Hörmətlə,

 

Hvan Kyoan

Koreya Respublikası Prezidentinin vəzifəsini

müvəqqəti icra edən və Baş nazir