Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Qırğızıstan parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

16 Mart 2017
V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qırğızıstan Joqorku Keneşinin deputatları martın 16-da Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev ölkələrimiz arasında dostluq münasibətlərinin tarixi köklərindən danışıb. Qeyd edib ki, bu gün ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan ilə Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının özünəməxsus rolu var.

Joqorku Keneşin deputatı Bahadır Süleymanov vurğulayıb ki, Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və birmənalı olaraq dəstəkləyir. Müstəqillik dövründə siyasi və diplomatik sahədə yaxşı münasibətlər qurmuşuq. O, ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Bir sıra istiqamətlərdə, o cümlədən humanitar sahədə əlaqələrin daha da genişləndirilməsinin səmərəli olacağını deyib.