Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçdən

27 Dekabr 2016
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

İcazə verin, doğum gününüz münasibətilə Sizə rifah, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzularımı ifadə edim. Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin davam etdirilməsi və gələcək inkişafı naminə gördüyünüz işlərə görə Sizə səmimi təşəkkürlərimi bildirirəm.

Sizinlə tanışlıq və ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi, eyni zamanda, əhəmiyyətli regional və qlobal məsələlərlə bağlı Zati-alinizlə birlikdə çalışmaq mənim üçün şərəf və imtiyazdır. Ümid edirəm ki, tezliklə Sizi Bosniya və Herseqovinada salamlamaq üçün imkan yaranacaqdır.

Gələcək illərdə Sizə böyük nailiyyətlər arzu edirəm.

Səmimiyyətlə,

 

Mladen İvaniç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri