YAP Gənclər Birliyi ölkə gənclərinin bir çətir altında birləşməsini hədəfləyir
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində gənclərlə görüş keçirilib.
Partiyanın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək birlik tərəfindən müxtəlif layihələrin və tədbirlərin təşkil olunması ilə yanaşı, bölgələrdə gənclərlə də qarşılıqlı diskussiya formatında görüşlər keçirildiyini bildirib: “Bu görüşlərin əsas məqsədi bölgələrimizdə olan gənclərimizin fikirlərini öyrənmək, onların təşəbbüslərinə dəstək olmaqdır. Çünki YAP Gənclər Birliyi ölkəmizdə gənclər sahəsində ən böyük təşkilat olaraq onların cəmiyyətdə fəal və təşəbbüskar rolunu dəstəkləyir. Xüsusilə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinin yeni tərkibdə formalaşdırılmış Gənclər Birliyindən əsas gözləntisi odur ki, Azərbaycan gənclərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çətir altında birləşməsi təmin edilsin”.
B.İslamov qeyd edib ki, gənclərin potensialından ölkəmizin inkişafı naminə bəhrələnmək üçün təkcə intellektual imkanlar, bilik və bacarıqlar kifayət deyil. Eyni zamanda həmin potensialın sərgilənə bilməsi üçün gənclərə münbit şəraitin yaradılması, onlara meydan verilməsi çox vacib məsələdir. Bu gün Azərbaycanda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti məhz gənclərimizin bu yanaşma əsasında inkişafını özündə ehtiva edir.
Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!