28 Aprel 2024 09:15
274
SİYASƏT
A- A+

Son 8 ayda 9,9 faizlik inflyasiya

 

İş adamları İrəvandan qaçır, məğlub ölkədə pul köçürmələrinin axını xeyli azalır

 

Baş nazir Nikol Paşinyanın rəsmi Moskvaya qarşı atdığı addımlar fonunda İrəvan böyük problemlərlə üzləşməkdədir. Bunun bir səbəbi də son dövrlərdə dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik və qlobal çətinliklərin digər ölkələrlə müqayisədə Hayastana daha çox dağıdıcı təsir göstərməsidir. 
Son 8 ayda Hayastanda inflyasiya 9,9 faiz qeydə alınıb. Bildirilir ki, son bir ilə kimi Ermənistanın ixracının 28 faizi, idxalının 37 faizi, turizm axınının, birbaşa xarici investisiyaların və pul köçürmələrinin 40 faizi Rusiyanın payına düşüb. Həmçinin proqnozlaşdırılır ki, pul köçürmələrində gözlənilən azalma ilə yanaşı, Hayastanda ev təsərrüfatlarının istehlakı da aşağı düşəcək və iqtisadi artıma mənfi təsir göstərəcək. Ermənistan iqtisadiyyatı üçün əhəmiyyətli risk xarici valyutada olan dövlət borcunun həddən çox artması, nisbətən zəif xarici maliyyə və geosiyasi risklərdir. 
Ekspertlər bildirirlər ki, vəziyyəti gərginləşdirən amillərdən biri də ölkəyə gələn miqrantlardır. Tələbin əhəmiyyətli dərəcədə artması ərzaq, mənzil alqı-satqısı, kirayə, restoran və hotellər, gözəllik salonları, taksi xidmətləri, maliyyə və poçt xidmətləri sahələrində qiymət artımına səbəb olub. 
Son aylarda Hayastana pul köçürmələri şəklində vəsait axını davamlı olaraq azalmaqdadır."168.am" nəşri yazıb ki, bunlar kiçik məbləğlər olmasa da, ayda bir neçə yüz milyon dollara çatsa da, Rusiya-Ukrayna münaqişəsinin əvvəlində və ondan sonrakı ilk il ərzində mövcud olan aktiv axınlar artıq yoxdur. Qeyd edilib ki, ötən ilin ikinci yarısından etibarən pul köçürmələrinin axını azalır, özü də bu, yüksək templə gedir. Əvəzində kapitalın xaricə axını artır: "Kifayət qədər pul ölkədən kommersiya və qeyri-kommersiya axını şəklində çıxır. Çıxan pullar artıb. Əsasən qeyri-kommersiya xarakterli axınlar artıb. Söhbət nə idxalın, nə də ticarətin maliyyələşdirilməsi adı ilə ölkədən kənara çıxan pullardan gedir. Bunlar tam olmasa da, daha çox Hayastandan çıxarılan, başqa sözlə, ölkədən təhlükəsizlik və digər məqsədlər üçün digər ölkələrə köçürülən pullardır. Pullar Ermənistanı ölkədən mühacirət edən və əmlakını çıxaran vətəndaşlar vasitəsilə də tərk edir". Nəşr bildirib ki, iki ayda Hayastandan 617 milyon dollar xaricə pul axını olub.
"4rd.am" saytının 37 yaşlı kiçik sahibkar Levon Naumyanla hazırladığı reportajında qeyd edilir ki, o da xaricdən köçürmələr alır. Dolların devalvasiyası onun gəlirlərinə xeyli mənfi təsir edib. Qazancının dramlara çevrilməsindən o, indi keçən illə müqayisədə təxminən 25 faiz zərər çəkir: "Bundan əlavə, o, mənzil kirayələyir və indi aylıq kirayə haqqı olaraq 200.000 dram (təxminən 512 dollar) ödəməlidir, halbuki keçən il ödəniş cəmi 160.000 dram (təxminən 410 dollar) idi. Mənzil sahibi şərt qoyub: ya Levon ilin sonunda mənzili boşaldacaq ki, o, öz mənzilini baha qiymətə Fransadan gələnlərə verə bilsin, ya da qalmaq istəyirsə, daha çox pul ödəməlidir".
Bunlar göstərir ki, hazırda vəziyyət tamamilə iflasa uğrayan Hayastan üçün daha faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən ölkədə ümumi daxili məhsulun (ÜDM) artımı bu durumda mümkün olmayacaq. Əksinə, sözügedən sahədə tənəzzül olması və böyük geriləmənin yaşanması tamamilə gözləniləndir. Hazırda əsas proqnozlar ondan ibarətdir ki, Ermənistanda dolların və digər xarici valyutaların qiyməti bundan sonra da artacaq. Elə bu səbəbdən ölkədə zəruri ərzaq mallarının qiyməti getdikcə qalxır. 
Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir. Çünki valyuta ehtiyatları çox azdır. Xaricdən, xüsusən də Rusiyadan köçürülən pulların miqdarının azalması isə daha böyük iqtisadi problemlərə yol açır. Mətbuatın yazdığına görə, un və un məhsulları (çörək) və dənli bitkilərin qiyməti orta hesabla 7,4 faiz, süd məhsulları və pendirin qiyməti orta hesabla 5,8 faiz, yumurtanın qiyməti isə 13,1 faiz artıb. Əhalinin ödəmə qabiliyyəti isə daha çox azalıb.
Bütün bunlar isə Hayastanın qarşıdakı günlərdə daha böyük problemlərlə üzləşəcəyindən xəbər verir.

Elçin CƏFƏROV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video