Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
"Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını və ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Ermənistan və erməni lobbisinin təsiri altında olan dairələr tərəfindən hazırlanan bu qətnamə Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir. Avropa Parlamenti ölkəmizlə bağlı qəbul etdiyi qərarlarında bütün faktları saxtalaşdırmağa adət edib".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, Avropa Parlamenti Azərbaycanın daxili işlərinə və Ermənistanla münasibətlərinə müdaxilə etmək əvəzinə, Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərə diqqət yetirsə, daha faydalı olar: "Bu parlamentin bəyan etdiyi prinsiplərlə heç bir əlaqəsi olmayan belə qətnamələr Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirib. Bu kimi çoxsaylı birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən qəbul edilməsi Avropa Parlamenti üçün sanki bir ənənəyə çevrilib. Mütəmadi olaraq davam edən bu proses Avropa İttifaqının Azərbaycanla münasibətlərinin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil. Bu sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti Avropa cəmiyyətini aktual sosial-iqtisadi və siyasi problemlərdən yayındırmaqdır. Avropada son illərdə demokratiyadan əsər-əlamət qalmayıb".
Müşfiq Cəfərovun sözlərinə görə, Avropa Parlamenti unudur ki, Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannamə, ATƏM-in Yekun Aktı, BMT-nin dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyi və 21 dekabr 1965-ci il tarixli müstəqillik və suverenliyinin qorunması haqqında Bəyannaməsi var. Bu sənədlər dövlətlərin daxili səlahiyyətlərində olan məsələlərə qarışmamağı yekdilliklə ifadə edir. Avropa Parlamenti ona üzv olan ölkələrdəki xaosu unudub, Azərbaycanın daxili məsələlərinə reaksiya verməklə, dövlətimizi xarici məsələlərdəki qətiyyətli mövqeyindən yayındırmağa çalışır.
"Avropa Parlamentinin deputatlarını Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları maraqlandırmır. Bu qurumun otuz il müddətində doğma yurdlarından didərgin düşən, ağır işgəncələrə məruz qalan azərbaycanlılarla bağlı canfəşanlıq etmək əvəzinə, daim Ermənistanı dəstəkləyən qətnamələr qəbul etməsi bunu sübuta yetirir. Avropa Parlamenti torpaqlarımızın işğalı dövründə doğma yurdlarından qovularaq, bütün hüquq və azadlıqlarından məhrum edilmiş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün ləyaqətinin tapdalanması ilə bağlı həmişə susmağa üstünlük verib", - deyə müsahibimiz əlavə edib.
Deputat qeyd edib ki, Avroparlament bu davranışları ilə öz nüfuzuna zərbə vurur: "Qoca qitə"nin özündə belə nüfuzunu itirən bu qurumun apardığı qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə də xələl gətirir. Lakin unudulmamalıdır ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz".
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sənayeləşmə siyasətinin uğurlu modeli: sənaye zonaları
12 May
İkili siyasət xəstəliyi Ermənistana da yoluxub
12 May
Rusiyanın hesabına yaşayan Ermənistan indi ona arxa çevirir
12 May
Ermənistan həm Rusiyaya, həm də Qərbə xəyanət edir
12 May
Münasibətlər getdikcə normallaşır
12 May
Ermənistanda kilsə revanşistlərə dəstək verir
12 May
Gürcüstan Azərbaycandan nümunə götürür
12 May
Qətiyyətin təcəssümü
12 May
Delimitasiya və demarkasiya prosesində müsbət dinamika müşahidə edilir
12 May
İlham Əliyev xəbərdarlığını etdi: "Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər v...
12 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!