ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
Unudur ki, ölkəmizlə bu cür davranmaq mümkün deyil
Açıqladığı hesabatlar o qədər qeyri-ciddi xarakter daşıyır ki, artıq onu oxuyanlar yazılanlara inanmırlar. Söhbət ABŞ Dövlət Departamentinin yaydığı yalanlarla dolu hesabatlardan gedir. Bu günlərdə Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair ənənəvi hesabatını açıqlayıb.
Həmişə olduğu kimi, hesabatın Azərbaycana aid hissəsində yenə də qərəzli, obyektiv olmayan məlumatlar yer alıb. Artıq hamıya gün kimi aydındır ki, ABŞ-nin bu cür həqiqətdən uzaq olan riyakar hesabatları real vəziyyəti əks etdirməkdən daha çox ölkələrə təzyiq aləti rolunu oynayır. Ümumiyyətlə, ABŞ-nin hər il "insan haqlarına" dair hesabatı dünyada qeyri-ciddi qəbul olunur. Ona görə ki, reallığı əks etdirmir, məlumatlar yalanlar üzərində qurulur. Onun hazırlanması zamanı ikinci, ya da üçüncü dərəcəli ABŞ diplomatlarının ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparılmadan, tələm-tələsik hesabata daxil edilir. Buna görə də reallığı əks etdirmir.
Təəssüf ki, real faktlar bəzən bir sıra xarici dairələr tərəfindən təhrif olunur və ölkəmizə qarşı açıq ikili standartlar tətbiq edilir. Azərbaycanın daim yalnız milli mənafeyə köklənmiş siyasət yürütməsindən narahat olan bu dairələr korporativ maraqlarının əsirinə çevrilirlər. ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə insan haqlarına dair hesabatı da bu istiqamətdə atılan növbəti addımlardan biridir.
Əgər ABŞ həqiqətən də dünyada insan haqları sahəsinə "nəzarət" rolunu üzərinə götürürsə, tamam fərqli yanaşma sərgiləməlidir. Ən başlıcası sosial mediada yayılan, çox vaxt həqiqəti əks etdirməyən və təsdiqlənməyən şayiələrə deyil, təsdiqlənmiş real məlumatlara əsaslanmalıdır. Özünə yaxın bildiyi ölkələrdəki kriminogen, repressiv, qeyri-hüquqi addımları görməyən ABŞ insan hüquq və azadlıqlarının təmin olunduğu, vətəndaş cəmiyyətinin formalaşdırıldığı və daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığı dövlətləri bu hesabatla hədəfə alır.
Digər tərəfdən, ABŞ əgər bütün dünyada insan hüquq və azadlıqlarına nəzarəti üzərinə götürürsə, bu işə özündən başlasa daha yaxşı olardı. Qoy Dövlət Departamenti ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə hesabatla çıxış etsin. Hazırlanacaq həmin hesabatda ABŞ-dəki rasizmi, islamofobiya, miqrantların hüquqlarının pozulması, həbsxanalarda dözülməz şəraitin olması və digər mənfi məsələlər əks olunsun. Olunacaqmı? Təbiidir ki, yox. Amerikada hələ də fərqli irqi ayrı-seçkiliyin hökm sürdüyü hamıya yaxşı məlumdur. Fərqli irqə, rəngə mənsub olduğu üçün insanlara qarşı tolerant davranılmaması haqda minlərlə sübut və misallar var. Eyni mənzərə dini müstəvidə də hökm sürməkdədir - insanların dini inancına qarşı dözülməzlik nümayişi addımbaşı hiss olunur. ABŞ Dövlət Departamenti məgər bunları görmürmü? Görürsə niyə hesabatına daxil etmir? Öz ölkəsində haqları pozulan insanlara kömək etməyən Dövlət Departamentinin hesabatının səmimiliyinə, doğruluğuna necə inanasan?
Söz yox ki, ABŞ böyük və güclü dövlətdir. Amma unudulmamalıdır ki, bu amil hələ hər şey demək deyil. Qlobal gücə sahib olmaq Amerikaya belə bir səlahiyyət vermir. Təəssüf ki, dünyaya demokratiya dərsi keçməyə çalışan bir ölkədə kalloabolosionist yanaşma hələ də aktuallığını saxlamaqdadır. Amerikada hər addımbaşı insanların haqları pozulur. Amma ABŞ "öz gözündəki tiri" görmür. Təbidir ki, görür, sadəcə olaraq, özünü görməməzliyə və bilməməzliyə vurur. Dövlət Departamentinin bəyan etdiyi bu "hesabatların" qeyri-ciddi obrazı isə get-gedə rəsmi Vaşinqtonun özünün siyasi imicinə qarışıq rənglər qatır.
Həmişə olduğu kimi, ABŞ Dövlət Departamenti hazırladığı hesabat vasitəsilə Azərbaycana təzyiq göstərmək istəyir. Təəssüf doğuran odur ki, Azərbaycana aid hesabatda digər əsassız iddialarla yanaşı, ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer ayrılıb. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları məsələlərinə toxunulmur. Bu vacib məsələnin üstündən sükurla keçilir. Sanki elə bu cür də olmalıdır.
Daim yalan, uydurma hesabatlar yayan ABŞ onu da bilməlidir ki, Azərbaycanla bu cür rəftar etmək yolverilməzdir. Azərbaycanda olan vəziyyətlə bağlı belə qərəzli mövqe bəsləmək olmaz. Bu cür hesabatlar real təhlillərə, dövlətlərin, hökumətlərin müvafiq hesabatlarına əsaslanmalıdır. Amma buna baxmayaraq, ildən-ilə ABŞ-nin Dövlət Departamenti yanlış mövqe tutaraq ölkələrin daxili işlərinə qarışmaqla məşğuldur. Azərbaycanın sabit və davamlı inkişafı, dövlət maraqlarına söykənən daxili və xarici siyasət kursu yürütməsi, eləcə də demokratik prinsiplərə sadiqlik nümayiş etdirməsi ölkəmizi yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olduğunu göstərir. Bölgədə yeni siyasi reallıqlar formalaşdırmaqla yanaşı, davamlı olaraq həyata keçirilən islahatlar, qanunların yeni, müasir standartlar əsasında hazırlanması, o cümlədən insan hüquqlarının, söz azadlığının qorunması yönündə atılan addımlar, azad, şəffaf və demokratik seçkilərin keçirilməsi Azərbaycanın əsas təməl prinsiplərinə çevrilib. Cənubi Qafqazda söz sahibi olan Azərbaycan insan haqlarının qorunmasını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə yeni qanun və qərarlar qəbul olunur. Bu qanun və qərarlar insan haqlarının qorunmasına, müdafiə olunmasına hərtərəfli zəmin yaradır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrəvanda Paşinyana etiraz edən 6 nəfər saxlanıldı: onlardan silah götürülüb
11 May
“Mercedes”in milyard dollarlıq inşası
11 May
“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb
11 May
Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir
11 May
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
11 May
ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir ...
11 May
Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə tə...
11 May
ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil ...
11 May
Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
11 May
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
11 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!