Kabil aeroportunda partlayış nəticəsində 13 nəfər ölüb
Bu gün Kabil aeroportunun şimal girişində törədilən terror aktı nəticəsində azı 13 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi “Taliban” hərəkatının nümayəndəsinə istinadla məlumat yayıb. Məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Ölənlər arasında uşaqlar da var. Bundan başqa, bir neçə talib xəsarət alıb. Partlayışın Britaniya qüvvələrinin məntəqəsi qarşısında baş verdiyi bildirilir.
Pentaqon hadisə nəticəsində “itkilər” olduğunu təsdiqləyib, lakin onların sayının dəqiqləşmədiyini bildirib. Bir qədər sonra ikinci partlayış barədə məlumat alınıb. Bu informasiyanı Türkiyə Müdafiə Nazirliyi təsdiqləyib.
Fox News telekanalı xəbər verib ki, partlayışdan sonra aeroport qarşısında atışma olub.
Xatırladaq ki, bir müddət öncə ABŞ və Böyük Britaniya öz vətəndaşlarını Kabil aeroportunu tərk etməyə, həyat və sağlamlığa təhlükə səbəbindən oraya getməkdən çəkinməyə çağırıb. Hər iki ölkə mümkün təhlükə barədə xəbərdarlığı çərşənbə günü gecə saatlarında edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!