Bişkekdə nəşr olunan «Türkel» qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti haqqında geniş material dərc edilmişdir
Bişkekdə Azərbaycan, qırğız, türk və rus dillərində nəşr olunan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə yayılan "Türkel" qəzetinin bu günlərdə çapdan çıxmış nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətinə dair türk və rus dillərində geniş material dərc olunmuşdur.
Məqalədə Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyəti, ölkəmizdə səhiyyənin və təhsilin inkişafına verdiyi töhfələr və s. haqqında ətraflı məlumat verilir.
"Türkel" qəzetinin baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, Türkiyə Prezidenti Abdullah Gülün himayəsi və dəstəyi ilə nəşr edilən "Altın Köprü" jurnalının növbəti nömrəsində də Mehriban xanım Əliyevanın fəaliyyətinə dair geniş məqalə veriləcəkdir. İlin sonunadək isə Bişkekdə "Türkel" Beynəlxalq İctimai Təşkilatı tərəfindən Azərbaycanın birinci xanımının fəaliyyətinə həsr olunmuş "Mehriban Əliyeva və Azərbaycan mədəniyyəti" mövzusunda "dəyirmi masa" keçirilməsi nəzərdə tutulmuşdur.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Bişkek
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!