Azərbaycan aliminin “Elmdə və texnologiyada qadınlar” mövzusunda Beynəlxalq konfransda məruzəsi maraqla qarşılanmışdır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva Türkiyənin İzmir şəhərində “Elmdə və texnologiyada qadınlar” mövzusunda Beynəlxalq konfransda iştirak edir.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının, Türkiyə Elmlər Akademiyasının, Dünya Elm Akademiyaları Şəbəkəsinin və Egey Universitetinin birgə təşkil etdikləri konfransda R. Rzayeva “Postmodern: qadın mövzusu” adlı məruzə ilə çıxış etmişdir.
Alim məruzəsində postmodernizm, onun müasir cəmiyyətə və şüura göstərdiyi təsir kontekstində qadın mövzusundan danışmışdır.
R. Rzayeva ictimai, iqtisadi və mədəni sahələrdə olduğu kimi, elmin inkişafında da qadınların müstəsna rolunu vurğulamışdır. O, müasir dövrdə müxtəlif ölkələrdə fəaliyyət göstərən qadın alimlərin elmi nəşrləri haqqında məlumatları ehtiva edən xəritəni nümayiş etdirmişdir.
Məruzəçi Azərbaycan qadınlarının ölkənin ictimai-iqtisadi və siyasi həyatında, o cümlədən elmdə təmsil olunmaları ilə bağlı statistik məlumatları diqqətə çatdırmışdır. Alim Qərb ölkələri ilə müqayisədə, 1918-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini bildirmişdir.
R. Rzayeva ölkəmizdə müxtəlif sahələrdə çalışan əmək qabiliyyətli əhali arasında qadınların təşkil etdiyi faiz göstəricilərindən danışarkən, bu rəqəmlərin gündən-günə artdığını söyləmişdir.
Alim Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini vurğulamışdır.
Sonra mövzu üzrə geniş fikir mübadiləsi aparılmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!