07 Noyabr 2026 09:05
366
İQTİSADİYYAT
A- A+
Zəfər davam edir

Zəfər davam edir


Qarabağ və Şərqi Zəngəzurda quruculuq, qayıdış və inkişaf salnaməsi yazılır


Əslində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinə  hərbi-siyasi qələbə, ərazi bütövlüyümüzün bərpası, eləcə də  milli birliyimizin, tarixi ədalətin və xalqımızın sarsılmaz iradəsinin təntənəsi kimi baxılmalıdır. Bu möhtəşəm hadisənin gerşək mahiyyəti işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, yüz minlərlə insanın doğma yurduna qayıdışının təmin edilməsi və 30 il ərzində dağıdılmış ərazilərin yenidən qurulması prosesində daha aydın görünür. 

Təsəvvür edin: işğal dövründə şəhər və kəndləri yerlə yeksan olunmuş, infrastrukturu məhv edilmiş, ərazisi genişmiqyaslı mina çirklənməsinə məruz qalmış bir coğrafiyada dövlət eyni vaxtda minatəmizləmə, yol və kommunikasiya xətlərinin çəkilməsi, hava limanlarının, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, yaşayış komplekslərinin tikintisi, sosial infrastrukturun yaradılması, bir sözlə, "Böyük qayıdış" proqramının icrası kimi nəhəng vəzifələri həyata keçirir. Üstəlik, bütün bunlar qısa tarixi zaman kəsiyində əsasən Azərbaycanın öz resursları, maliyyə imkanları hesabına reallaşdırılır.

Danılmaz faktdır ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri regionun uzunmüddətli sosial-iqtisadi inkişafına, dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına və yeni iqtisadi imkanların yaradılmasına xidmət edir. Bu mənada Zəfərdən sonra başlanan quruculuq mərhələsi Azərbaycanın qarşısında duran ən böyük tarixi missiyadır. Əldə olunan qələbənin real nəticələrini insanların doğma torpaqlarına qayıdışında, yenidən canlanan şəhər və kəndlərdə, qurulan yeni həyatın özündə görmək mümkündür.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq prosesinin kökündə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli dövlət strategiyası, güclü siyasi iradə, eləcə də  bütöv və əlaqələndirilmiş inkişaf modeli dayanır. Məqsəd burada müasir infrastruktur yaratmaq və insanların təhlükəsiz, layiqli yaşayışını təmin etməkdir. Ona görə də çəkinmədən deyə bilərik ki, Böyük qayıdış azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına xidmət edən vacib dövlət layihəsidir. Təbii ki, bərpa-quruculiq işləri Qarabağ və Şərqi Zəngəzurun ölkənin gələcək inkişafında layiqli yer tutmasına zəmin yaradır. Bu baxımdan, "Böyük qayıdış" proqramı Zəfərin yaratdığı imkanların real nəticələrə çevrilməsinin və Azərbaycanın gələcəyə hesablanmış inkişaf siyasətinin aydın təzahürüdür.

Böyük qayıdış həm də doğma yurda dönən insanların taleyində, yenidən alovlanan ocaqların tüstüsündə təcəssüm edən mənəvi qələbədir. Onilliklər boyu doğma yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin qayıdışı onların evlərlə təmin olunması fonunda sosial həyatın yenidən qurulması deməkdir. Bu məqsədlə yaşayış məntəqələri, sosial obyektlər və infrastruktur yaradılır, məşğulluq imkanları formalaşdırılır, təhlükəsiz və dayanıqlı məskunlaşma təmin edilir. Qayıdışın mərhələli və sistemli təşkili isə prosesin müvəqqəti köç deyil, doğma torpaqlarda yeni həyatın başlanğıc nöqtəsi olmasına xidmət edir.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq missiyası miqyasına və qarşıya qoyulan vəzifələrin mürəkkəbliyinə görə beynəlxalq aləmdə də maraq doğurur. Söhbət təxminən 20 min kvadratkilometr ərazidə işğalın ağır nəticələrinin aradan qaldırılmasından, mina təhlükəsinin neytrallaşdırılmasından, yaşayış məntəqələrinin və iqtisadi infrastrukturun yenidən qurulmasından gedir. Bu cür genişmiqyaslı və nəhəng quruculuq işlərinin qısa müddətdə vüsət alması Azərbaycanın iqtisadi potensialını, dövlətin təşkilatçılıq imkanlarını və milli resurslarını ümumi məqsəd naminə səfərbər etmək qabiliyyətini nümayiş etdirir. 

Rəqəmlər bu işlərin əhatə dairəsini daha aydın göstərir. 2026-cı il oktyabrın 14-nə olan məlumata görə, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb, 300 min hektardan artıq torpaq mina və partlamamış hərbi sursatlardan təmizlənib. Artıq 47 yaşayış məntəqəsinə 40 mindən çox məcburi köçkün qayıdıb. Ümumilikdə isə azad edilmiş ərazilərdə yaşayan, işləyən və təhsil alanların sayı 100 minə yaxınlaşıb. 

Beləliklə, Azərbaycan paralel olaraq, həm işğalın ağır mirasını aradan qaldırır, həm də müasir inkişaf modelinə əsaslanan yeni yaşayış məkanı yaradır. Bu təcrübə Zəfərdən sonrakı quruculuğun iqtisadi, humanitar, sosial və dövlətçilik  baxımından əhəmiyyətli olduğunu sərgiləyir. Qısa müddətdə inşa edilən avtomobil  və dəmir yolları, tunellər, körpülər, beynəlxalq hava limanları azad edilmiş əraziləri nəqliyyat baxımından əlçatan edir. Üstəlik də Azərbaycanın regional logistika imkanlarını genişləndirir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası bu mənada strateji əhəmiyyət kəsb edir.

Enerji, su və kommunikasiya sistemlərinin yenilənməsi, alternativ enerji mənbələrinin inkişafı, eləcə də "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi regionda müasir yaşayış modelinin formalaşmasına imkan verir. Unutmaq olmaz ki, infrastruktur layihələi regional iqtisadi əlaqələrin genişlənməsi, tranzit imkanlarının artması, turizm, kənd təsərrüfatı və sənayenin inkişafı üçün yeni perspektivlər açmaqla yanaşı, bölgənin ölkə iqtisadiyyatına daha fəal inteqrasiyasına da xidmət edir. Bu, Qarabağ və Şərqi Zəngəzurda yaradılan infrastrukturun ölkənin gələcək iqtisadi inkişafında mühüm rol oynayacağını göstərir.

Zəfərin əsl böyüklüyü həm də ondadır ki, Azərbaycan azad etdiyi torpaqlarda insanların gələcəyə inamını, doğma yurda bağlılığını, illərlə yarımçıq qalan arzularını yenidən dirçəldir. Hər açılan məktəb, salınan yol, inşa edilən yeni bina bu tarixi qələbənin davam edən salnaməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın gələcək nəsillərə ötürdüyü tarixi mirasdır. Çünki əsl Zəfər yalnız torpağı azad etmək deyil, onu yenidən yaşatmaq, inkişaf etdirmək və firavan yurda çevirməkdir.

Azərbaycan 6 il əvvəl qazandığı şərəfli  və möhtəşəm Zəfərlə öz tarixinin yeni səhifəsini açdı. Bu gün isə həmin səhifəyə quruculuğun, qayıdışın və inkişafın salnaməsini yazır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!