28 Oktyabr 2026 15:31
207
SİYASƏT
A- A+
Azərbaycanın təqdim etdiyi uğur formulu   

Azərbaycanın təqdim etdiyi uğur formulu   


Beynəlxalq hüququn işləməməsi və ikili standartlar fonunda tarixi ədaləti öz gücünə bərpa edən ölkəmiz münaqişələrin həlli üçün unikal presedent yaradır 


Azərbaycan beynəlxalq münasibətlər sistemində prinsipiallığı, milli maraqlara söykənən müstəqil xarici siyasəti və qətiyyətli mövqeyi ilə seçilən azsaylı dövlətlərdən biridir. Ölkəmiz həm də dünya birliyində qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu, nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edən mötəbər məkan kimi qəbul edilir. Bu baxımdan, oktaybrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müasir dünyanın üzləşdiyi çağırışların təhlili və sülh mədəniyyətinin təşviqi baxımından müstəsna əhəmiyyət kəsb edən hadisədir. 

Son 15 il ərzində mədəniyyətlərarası münasibətlərin inkişafı, sivilizasiyalararası anlaşmanın dərinləşməsi baxımından səmərəli və əhatəli platformaya çevrilən Forumda 100-dən artıq ölkədən 500-dən çox qonağın, ümumilikdə isə 2000-dən çox nümayəndənin iştirakı Azərbaycanın dialoq mərkəzi statusunu bir daha təsdiqlədi. Əvvəlki forumlarda olduğu kimi, budəfəki tədbirdə də qlobal əhəmiyyət kəsb edən məsələlər geniş təhlil edilib. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev multikulturalizm ənənələrinin, dini və etnik dözümlülüyün xalqımızın əsrlər boyu qoruyub saxladığı bəşəri dəyərlər olduğunu vurğulayıb. 

Milli həmrəylik və sarsılmaz birlik tariximizin bütün dövrlərində özünü parlaq şəkildə büruzə verib. Xüsusilə İkinci Qarabağ müharibəsində ölkəmizdə yaşayan bütün etnik və dini qrupların nümayəndələri milli birliyimizi qorumaq, ədaləti bərpa etmək və ərazi bütövlüyümüzü təmin etmək uğrunda yumruq kimi birləşərək mübarizə aparıb, tarixi zəfərin qazanılmasında fəal iştirak ediblər. 

Dövlətimizin başçısının forumdakı çıxışı regional məsələlərlə məhdudlaşmayaraq, qlobal siyasətin mənzərəsini, beynəlxalq hüququn mövcud böhranını və ayrı-ayrı dövlətlər tərəfindən tətbiq olunan ikili standartlar siyasətini kəskin tənqid etməsi ilə diqqət çəkib. Azərbaycanın uzun illər üzləşdiyi ədalətsizlikləri xatırladan Prezident İlham Əliyev bildirib ki, Bakı danışıqlarda bütün səmimiyyəti və ümidlə iştirak edirdi: “Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik. Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik”. 

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin otuz il boyunca icra olunmaması beynəlxalq institutların səmərəsizliyini və icra mexanizmlərinin təsirsizliyini açıq şəkildə göstərdi. İşğalçı Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilməməsi, əksinə, təcavüzkarın müdafiə olunması beynəlxalq hüququn selektiv tətbiqindən xəbər verirdi. Baş verənlər kontekstində, Prezident İlham Əliyev sentyabrın 1-də Bişkekdə BMT Baş katibinin iştirakı ilə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT plyus” formatındakı görüşündə çıxışı zamanı beynəlxalq təşkilatların fəaliyyətində islahatların zəruriliyi, qəbul edilən qərarların icra mexanizmlərinin yaradılması ilə bağlı səsləndirdiyi mesajlar bu gün dərindən təhlil olunmalıdır. Çünki beynəlxalq sistemdə etimadın bərpası qərarların kağız üzərində qalmaması, bərabər şərtlər daxilində tətbiq edilməsi ilə mümkündür. 

Bütün bu təzyiqlərə və ikili standartlara baxmayaraq, Azərbaycan öz gücünə arxalanaraq 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri vasitəsilə işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Lakin ölkəmizin böyüklüyü və yaratdığı unikal təcrübə yalnız hərbi qələbə ilə bitmir. Zəfərdən dərhal sonra Azərbaycanın Ermənistana sülh təklif etməsi dünya hərb və siyasət tarixində nadir rast gəlinən, nümunəvi bir addımdır. Prezident İlham Əliyev çıxşında bu tarixi reallığı belə ifadə edib: “Biz beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bundan sonra Ermənistana sülh təklif etdik. Bu da misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik”. 

Hər il yeni münaqişələrin alovlandığı, beynəlxalq gərginliyin artdığı bir dövrdə müharibəni dayandırmaq və ədalətli sülhə nail olmaq həlli müşkül olan problemlər arasındadır. Lakin Azərbaycanın qazandığı təcrübə göstərdi ki, münaqişələrin həllində siyasi iradə, qətiyyət və prinsipiallıq, daxili həmrəylik, lazım olan məqamda sülh gündəliyini tətbiq etmək bacarığı əsas rol oynayır. Dövlətimizin başçısının vurğuladığı kimi, müharibəyə başlamaq çox asan, onu bitirmək isə çox çətindir: “Qələbə qazanmaq da çox çətindir. Ona görə də hesab edirəm ki, Azərbaycanın təcrübəsi, - ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, - lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, hazırda müharibə aparan və yəqin ki, ona necə son qoyacaqlarını bilməyən tərəflər bu təcrübəni öyrənməlidirlər”.

Bu unikal nümunə və tarixi uğur hekayəsi göstərir ki, Azərbaycan yalnız öz torpaqlarını azad etməyib, həm də beynəlxalq münasibətlər sistemində yeni presedent yaradıb. Ədalətli qələbədən sonra qisasçılıq hissindən uzaq duraraq sülh gündəliyini irəli sürmək, milli həmrəylik və multikultural dəyərlərə arxalanaraq gələcəyə baxmaq modeli bütün dünya üçün nümunəvi taktikadır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, eləcə də qlobal münaqişələrin məngənəsində sıxılan tərəflər Azərbaycanın bu tarixi təcrübəsindən öyrənə, sülh quruculuğu prosesində ölkəmizin ortaya qoyduğu səmərəli modeldən faydalana bilərlər. 

Xüsusən, beynəlxalq hüququn kağız üzərində qaldığı, qlobal təşkilatların böhran keçirdiyi indiki həssas mərhələdə Bakının ortaya qoyduğu prinsipial yanaşma aparıcı mərkəzlər və beynəlxalq institutlar üçün ağır vəziyyətdən çıxış formuludur. Ədalətli qələbəni davamlı sülhə çevirmək bacarığını nümayiş etdirən ölkəmiz göstərdi ki, regional sabitliyin və real təhlükəsizlik sisteminin qarantı boş bəyanatlar deyil, məhz milli iradə və qətiyyətli sülh gündəliyidir.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar 

14:55
28 Oktyabr

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  

14:51
28 Oktyabr

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

13:57
28 Oktyabr

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu  

13:54
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!