06 Noyabr 2026 19:37
206
İQTİSADİYYAT
A- A+
Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Noyabrın 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin ölkənin inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini bildirib. O, 2027-ci ilin dövlət büdcəsi layihəsinin ölkənin əldə etdiyi iqtisadi nailiyyətləri və qarşıdakı inkişaf prioritetlərini əks etdirdiyini vurğulayıb.

Sonra maliyyə naziri Sahil Babayev büdcə layihəsinin əsas göstəricilərini təqdim edib. Bildirilib ki, 2027-ci ildə ÜDM-in 141 milyard manat, ortaillik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat, xərcləri isə 42,4 milyard manat nəzərdə tutulur. İcmal büdcənin gəlirləri 47,6 milyard manat, xərcləri 50,4 milyard manat təşkil edəcək.

Qeyd olunub ki, büdcə layihəsində sosial rifahın yüksəldilməsi, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, təhsil və səhiyyənin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Sosialyönümlü xərclərin 18,7 milyard manat, müdafiə və milli təhlükəsizlik xərclərinin 8,8 milyard manat, təhsil və elm xərclərinin 5,4 milyard manat, səhiyyə xərclərinin isə 2,1 milyard manat olacağı proqnozlaşdırılır.

İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında qeyri-neft-qaz sektorunun inkişafı, özəl investisiyaların artımı, ixrac imkanlarının genişləndirilməsi və regionlarda iqtisadi fəallığın yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O, müzakirəyə təqdim edilən büdcə layihəsinin ölkənin sosial-iqtisadi inkişafına və vətəndaşların rifahının yüksəldilməsinə xidmət etdiyini bildirib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib. O, layihənin qanunvericiliyə uyğunluğu, gəlir və xərc proqnozlarının əsaslandırılması barədə məlumat verib, bəzi müddəaların təkmilləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2027-ci ildə sosialyönümlü siyasətin davam etdiriləcəyini, növbəti sosial islahat paketinin həyata keçirilməsi üçün büdcədə müvafiq maliyyə təminatının yaradıldığını bildirib. Nazir Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun və İcbari Tibbi Sığorta Fondunun gəlir və xərcləri, pensiyaların proqnozlaşdırılan orta məbləği, məşğulluq tədbirləri və səhiyyə xidmətlərinin maliyyələşdirilməsi barədə məlumat verib.

İclasda komitə sədrləri və deputatlar büdcə layihəsini müsbət qiymətləndirərək, onun ayrı-ayrı istiqamətləri ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı qaldırılan məsələlərə maliyyə naziri Sahil Babayev və səhiyyə nazirinin müavini Rasim İsmayılov aydınlıq gətiriblər.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

19:37
06 Noyabr

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb

19:18
06 Noyabr

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

18:59
06 Noyabr

Qarğıdalı genləri düyünün məhsuldarlığını onlarla faiz artıra bilər  

18:58
06 Noyabr

Kaliforniya qubernatoru 548 məhkumun cəzasını ömürlük həbslə əvəz edib

18:46
06 Noyabr

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

18:36
06 Noyabr

İnternetə yeni qoşulanları kiberfırıldaqçılardan necə qorumaq olar?

18:34
06 Noyabr

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı

18:32
06 Noyabr

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

18:23
06 Noyabr

Göbələk infeksiyalarına qarşı yeni molekullar hazırlanıb  

18:23
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB

18:19
06 Noyabr

Çin dizel ixracını azaltmağı planlaşdırır

18:17
06 Noyabr

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

18:13
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB

18:09
06 Noyabr

Rubio istefa verəcəyi barədə məlumatları təkzib edib

18:09
06 Noyabr

Donald Tramp: ABŞ Hörmüz boğazında tam nəzarəti təmin edib

17:59
06 Noyabr

XVI əsrə aid şifrəli qıfılın kodu açılıb  

17:47
06 Noyabr

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

17:36
06 Noyabr

"Qırmızı qızıl" azalır  

17:31
06 Noyabr

Fransada aksiyaçıların sayı artıb

17:15
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!