07 Noyabr 2026 10:41
307
SİYASƏT
A- A+
Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir


 8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olan, milli qürur və qəhrəmanlıq salnaməmizi özündə əks etdirən əlamətdar gündür. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin ən möhtəşəm səhifələrindən biri olmaqla, xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir.

 Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik strategiyası, milli maraqlara əsaslanan siyasət və güclü dövlət quruculuğu sonrakı tarixi mərhələdə Azərbaycanın böyük qələbəsinə zəmin yaratdı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək iqtisadi və hərbi potensialı güclü, beynəlxalq nüfuzu yüksələn Azərbaycan dövləti formalaşdırdı. Ordumuzun müasir silah və texnika ilə təchiz edilməsi, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi.

 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin həlledici mərhələsi oldu. Xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi, ordumuzun misilsiz qəhrəmanlığı və əsgər-zabitlərimizin fədakarlığı tarixi Zəfəri təmin etdi.

 Cənab Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsinin strateji və mənəvi əhəmiyyətini xüsusi vurğulayırdı. Dövlətimizin başçısının “Şuşasız bizim işimiz yarımçıq qalar” fikri xalqımızın qəlbində böyük inam yaratmışdı. Nəhayət, 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək tariximizin ən şanlı səhifələrindən birini yazdı.

 Şuşa əməliyyatı hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Əsgər və zabitlərimiz ağır relyef şəraitində, sıldırım qayalardan və keçilməz meşələrdən keçərək, müasir hərbi texnikanın istifadəsinin məhdud olduğu ərazidə əlbəyaxa döyüşlər aparmaqla düşməni məğlub etdilər. Bu əməliyyat Azərbaycan əsgərinin Vətən sevgisinin, cəsarətinin və döyüş ruhunun təntənəsi idi. Şuşanın azad olunması ilə Ermənistanın hərbi-siyasi məğlubiyyəti qaçılmaz oldu və 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.

 Noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev Şuşanın azad edildiyini böyük qürur hissi ilə bəyan etdi. Dövlətimizin başçısının həmin müraciətdə səsləndirdiyi “Bu, dəmir yumruqdur” ifadəsi xalqımızın birliyinin və milli həmrəyliyinin rəmzinə çevrildi. Bu birlik göstərdi ki, Azərbaycan xalqı öz dövlətinin və ordusunun ətrafında səfərbər olaraq ən çətin vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır.

 Şuşanın azad edilməsi ilə qazanılan tarixi Zəfər 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə öz məntiqi davamını tapdı. Ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu, separatizmin mövcudluğuna son qoyuldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edən qüdrətli dövlət olduğunu bir daha nümayiş etdirdi.

 Bu gün Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin Qarabağa, onun tarixi-mədəni irsinə və gələcəyinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin tarixi simasının qorunması, infrastrukturun yenidən qurulması, yaşayış və sosial obyektlərin inşası, tarixi abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Zəfər Yolu, yenidən qurulan yaşayış binaları, hotellər, sosial və xidmət obyektləri Şuşanın yeni inkişaf mərhələsinin real göstəriciləridir.

 Şuşanın mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması da dövlət siyasətinin mühüm istiqamətlərindəndir. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa İli” olması, şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi onun beynəlxalq mədəni nüfuzunun göstəricisidir. 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması Şuşanın turizm potensialının və beynəlxalq əhəmiyyətinin daha da artmasına xidmət edir.

 Eyni zamanda, Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli və uzunmüddətli əsaslarla həyata keçirilməsini təmin edir. Bu plan çərçivəsində tarixi-memarlıq irsinin qorunması, müasir şəhər infrastrukturu, sosial xidmətlər və ekoloji tarazlıq əsas prioritetlər kimi müəyyənləşdirilib.

 Bu gün Şuşa Azərbaycanın tarixi yaddaşının, mədəni kimliyinin və milli iradəsinin rəmzidir. Vaxtilə düşmən tərəfindən dağıdılan, talan edilən, milli-mədəni irsinə qəsd olunan şəhərimiz indi yenidən dirçəlir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin öz əvvəlki yerlərinə qaytarılması tarixi ədalətin bərpasının rəmzi mənası daşıyır.

 Şuşaya Böyük Qayıdış dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərin mühüm tərkib hissəsidir. Doğma yurda qayıdan sakinlərin öz evlərində təhlükəsiz və layiqli həyat sürməsi, şəhərin iqtisadi, sosial və mədəni potensialının inkişaf etdirilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

 Hesab edirəm ki, Şuşanın azad edilməsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq qəhrəmanlıq salnaməsidir. Bu Zəfər Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının təntənəsi, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, rəşadətli Ordumuzun gücünün və xalqımızın birliyinin nəticəsidir.

 Bu əlamətdar gündə Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

 

 Fatma Yıldırım,

 Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!