07 Noyabr 2026 09:00
409
SİYASƏT
A- A+
Qalib dövlətin sülh qətiyyəti

Qalib dövlətin sülh qətiyyəti


Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də  keçirilən lokal xarakterli antiterror tədbirləri Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündən dəyişdi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək BMT Təhlükəsizlik Şurasının 27 il boyunca kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra etdi. Bu tarixi Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmini deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində yeni sülh modelinin təməli oldu.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi".


Regiona uzunmüddətli sabitlik gətirən əsas güc


Azərbaycan müharibədən sonra məğlub tərəfə beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi təklif edən nadir dövlətlərdən biri kimi tarixdə yer aldı. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı normallaşma üçün İrəvana 5 baza prinsipi təqdim etdi. Sülh müqaviləsinin mətni faktiki olaraq məhz Azərbaycanın təşəbbüsü və diplomatik iradəsi ilə formalaşdırıldı. Azərbaycan bununla sübut etdi ki, həm hərb meydanında, həm də diplomatik masada öz şərtlərini diktə edən və regiona uzunmüddətli sabitlik gətirən əsas gücdür.

Faktdır ki, artıq tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupu münaqişəni həll etmək yox, onu onilliklər boyu dondurmağa çalışmaq istiqamətində fəaliyyət göstərdi. Azərbaycanın diplomatik qətiyyəti nəticəsində məhz bu qurumun yarıtmaz fəaliyyətinə və üçüncü tərəflərin qərəzli müdaxilələrinə son qoyuldu. İki ölkə arasında birbaşa masa arxasında əldə olunan razılaşmalar sayəsində sərhədlərin delimitasiyası prosesinə start verildi, Qazax rayonunun 4 kəndi döyüşsüz qaytarıldı.

Azərbaycanın liderliyi ilə irəlilədilən sülh prosesi 2025-ci il avqustun 8-də Vaşinqton Sammitində öz məntiqi nəticəsinə çatdı. ABŞ Prezidenti Donald Trampın evsahibliyi və iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan  Zirvə görüşü ölkəmizin diplomatik zəfəri kimi yaddaşlara həkk olundu. "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in mətni rəsmən paraflandı. Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamədə, Azərbaycan və Ermənistan münaqişənin artıq keçmişdə qaldığını təsdiqlədilər. Bununla iki ölkə arasında beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması üçün şərtlərin yarandığı bəyan edildi.

İki ölkənin XİN rəhbərlərinin birgə müraciəti əsasında dekabrın 1-də ATƏT Minsk prosesini və onunla bağlı strukturları rəsmən ləğv etdi. Vaşinqton Zirvə görüşünün ən mühüm nailiyyətlərindən biri də Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin (TRIPP) açılması üzrə razılıq əldə edilməsi oldu. Bu layihə Orta dəhlizin ən vacib halqasına çevrilərək Avrasiya nəqliyyat xəritəsini yenidən tərtib edir.

Ötən ilin avqustunda Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verən zaman Zəngəzur dəhlizinin (TRIPP) əhəmiyyətini belə izah edib: "...Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə, bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" daha bir tarixi nailiyyət olacaq".


Regionda de-fakto sülh


Azərbaycan Ermənistana qarşı tətbiq edilən bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb. Bu özü də sübut edir ki, Azərbaycan qalib tərəf kimi bölgədə daimi sülh yaratmaqda son dərəcə qətiyyətlidir. Öz gücü və milli iradəsi ilə beynəlxalq hüququ bərpa edərək Cənubi Qafqazda de-fakto sülhü bərqərar edən ölkəmiz regionda əməkdaşlıq üçün geniş üfüqlər açıb.

İndi ən əsas vəzifə bu nailiyyəti de-yure sülh müqaviləsinə çevirməkdir. Bunun üçün İrəvanın qarşısında duran əsas tələb Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının rəsmən ləğv edilməsidir.

Prezident İlham Əliyev Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanandan sonra media nümayəndələrinə müsahibəsində bu mövqeyi qətiyyətlə vurğulamışdır: "Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib".

Azərbaycanın ortaya qoyduğu sülh strategiyası lokal çərçivədən çıxaraq qlobal təhlükəsizlik arxitekturasının tərkib hissəsinə və dünyadakı münaqişələrin həlli üçün istinad olunan nümunəyə çevrilib.

Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində bu ilin yanvarında "Sülh Şurasının Nizamnaməsi" (Board of Peace Charter) sənədini imzalayaraq bu qurumun təsisçi üzvlərindən biri oldu. Bu, Bakının sülh strategiyasının qlobal miqyasda qəbulunun göstəricisidir.

Ölkəmizin rəhbərinin Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı" kimi nüfuzlu mükafata layiq görülməsi regionda onilliklər boyu davam edən münaqişəyə və humanitar əzablara son qoyan sülh sazişinin paraflanmasına verilən yüksək beynəlxalq qiymətdir.

Bir sözlə, Azərbaycan öz hərbi gücü, sarsılmaz iradəsi və müdrik diplomatiyası ilə sübut etdi ki, düzgün yürüdülən siyasət sayəsində həm beynəlxalq ədaləti bərpa etmək, həm də bütün region üçün firavan sülh erasını başlatmaq mümkündür.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!