07 Noyabr 2026 09:20
357
CƏMİYYƏT
A- A+
"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib


Zəfərin 6-cı ildönümü münasibətilə "Azərenerji" Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində ölkə energetiklərinin tədbiri keçirilib. Tədbirdə "Azərenerji", "Azərişıq" ASC-lərin və bir sıra universitetlərin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə foyedə təşkil olunan "Zəfər işığında" adlı maket və fotoşəkil sərgisi ilə tanış olublar.

Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən enerji quruculuğunu, həmin torpaqların ölkənin vahid enerjisisteminə inteqrasiyasını və "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində görülən işləri əks etdirən "Zəfərdən doğan işıq" adlı sənədli film nümayiş olunub.

"Azərenerji" ASC-nin sədri Baba Rzayev çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin Azərbaycan xalqının taleyindəki müstəsna əhəmiyyətindən danışıb. Bildirib ki, haqq savaşımız olan 44 günlük Vətən müharibəsi və əldə edilən möhtəşəm Qələbə tariximizin ən şanlı səhifələrindən birinə çevrilib.

Baba Rzayev müharibə dövründə energetiklərin də ön cəbhədə olduğu kimi, arxa cəbhədə də böyük fədakarlıq nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, səhmdar cəmiyyətin 183 əməkdaşı Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq və şücaət göstərib. Onlardan 2 nəfəri şəhidlik zirvəsinə ucalıb, 12 əməkdaşın ailə üzvü Vətən uğrunda canından keçib. Bununla yanaşı, energetiklər müharibənin ən gərgin günlərində gecə-gündüz çalışaraq ölkənin enerji təchizatının fasiləsizliyini təmin edib, enerji sistemində hər hansı bir çatışmazlığa yol verməyiblər.

İşğaldan azad edilmiş ərazilərdə son altı ildə həyata keçirilən enerji quruculuğuna toxunan Baba Rzayev bildirib ki, bu müddət ərzində "Azərenerji" tərəfindən həmin ərazilərdə 50-dən artıq enerji obyekti istifadəyə verilib. Onların sırasında 40-a yaxın su-elektrik stansiyası, 330 və 110 kV-luq 15-ə yaxın yarımstansiya, eləcə də 1000 kilometrdən artıq elektrik ötürmə xətti var.

Hazırda 8 ərazidə su-elektrik stansiyasının, 3 ərazidə isə 110 kV-luq yarımstansiyanın tikintisi davam etdirilir və yekunlaşmaqdadır. "Bir zamanlar dağıntılara və xarabalıqlara çevrilmiş, bu gün isə gündən-günə abadlaşan Qarabağ və Şərqi Zəngəzur məhz yaradılan müasir enerji infrastrukturu sayəsində işığa qovuşur, dirçəlir və yenidən qurulur", - deyə Baba Rzayev vurğulayıb.

Çıxışda azad edilmiş ərazilərdə fəaliyyətə başlayan su-elektrik stansiyalarında istehsal olunan "yaşıl enerji"nin göstəriciləri də diqqətə çatdırılıb. Bildirilib ki, indiyədək bu stansiyalarda 2 milyard kilovat-saata yaxın ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edilib. Bunun nəticəsində 400 milyon kubmetr təbii qaza qənaət olunub, 725 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Tədbirdə çıxış edən digər natiqlər də Böyük Zəfərin tarixi əhəmiyyətindən, qazanılan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa və quruculuq prosesindən bəhs ediblər. Vurğulanıb ki, bu proses Azərbaycanın iqtisadi və texnoloji imkanlarını, dövlətimizin qüdrətini, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirir.

Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş "Azərenerji" əməkdaşlarına hədiyyələr təqdim olunub.

Zəfər ruhunu əks etdirən bayram konserti ilə tədbirə yekun vurulub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!