07 Noyabr 2026 09:30
362
CƏMİYYƏT
A- A+
Torpağımızın göz yaşı Zəfərlə silindi

Torpağımızın göz yaşı Zəfərlə silindi


8 Noyabr hər birimiz üçün əziz gündür. Çünki həmin gün xalqımız illərdən bəri intizarında olduğu Zəfərinə qovuşdu. Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı erməni işğalından azad etdi. Buna görə də qürur və iftixarla deyə bilərik ki, 8 Noyabr Zəfər Günü  tariximizin ən şərəfli səhifələrindən biri yox, birincisidir. 

Bu əlamətdar gün münasibətilə Bakı şəhər Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbdə tədbir keçirilib. "Əsir torpağın göz yaşı Zəfərlə silinər!" adlı tədbir şəhidlərin ruhunun birdəqiqəlik sukutla yad edilməsi və Dövlət himni ilə başladı. 

Məktəbin direktoru Nisə Fərəcova çıxış edərək bildirdi ki, Zəfər Günü hamımız üçün yaddaqalan, müqəddəs bir gündür. Çünki 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Qarabağda və Şərqi Zəngəzurda Ermənistan silahlı qüvvələrini darmadağın edərək xalqımıza qələbə sevinci yaşatdı. Ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə hərbçilərimiz böyük qəhrəmanlıq və hünər göstərdilər. Bir zamanlar məktəbimizin şagirdi olmuş oğullar da yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə ön sıralarda vuruşdular. Təəssüflər olsun ki, onların bir neçəsi şəhid oldu. Biz həmişə onların adlarını əziz tutur, xatirələrini hörmətlə anırıq. 6-cı ildir ki, xalqımız Zəfər Gününü böyük qürur və iftixar hissi ilə qeyd edir. Belə xoş və sevinc dolu anları, günləri xalqımıza yaşatdıqlarına görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə dərin minnətdarlığımızı  bildiririk.

Doğmalarını, əzizlərini Qarabağ müharibəsində itirmiş Mərifət Həsənova, Nahidə Teymurova, Gülsüm Əhədzadə və başqaları çıxış edərək Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günündən danışdılar, bu tarixi günün əhəmiyyətini qürur hissi ilə tədbir iştirakçılarına çatdırdılar. 

Çıxışlar başa çatdıqdan sonra tədbir bayram ovqatı ilə davam etdi. Şagirdlərin ifasında tədbir iştirakçılarına gözəl anlar, xoş duyğular yaşadan ədəbi-bədii kompazisiya nümayiş olundu. Şagirdlərdən Məryəm Süleymanlı, Tamerlan Niftəliyev, Məryəm Məmmədli, Süleyman Məmmədli, Zəhra Həsənova, Ayam Sadıqova, Ayxan Musayev, Zəhra Baxışzadə, şəhid övladları Uğur və Ləman Əhədzadə və başqaları Zəfəri, qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən şeirlər söylədilər. Məktəbin 6-cı sinif şagirdi Arzu Məhərrəmli isə "Qarabağ can, Qarabağ" mahnısını ifa etdi. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!