24 Aprel 2022 00:53
2517
Səhiyyə
A- A+
Yuxugörmənin sirri

Yuxugörmənin sirri

 

İnsan fiziologiyası ilə bağlı araşdırmalar göstərir ki, yuxu da yemək və içmək kimi ehtiyacdan doğur. İbtidai cəmiyyətlər uzun müddət yaşanan hadisələrlə yuxuları bir-birindən ayırmaqda tərəddüd ediblər, yuxuda gördüklərinin oyaq ikən yaşananlar qədər gerçək olduğunu düşünüblər. Hətta qədim misirlilərdə, assuriyalılarda və yunanlarda falçıların və sehrbazların ən mühüm vəzifələrindən biri yuxuları yozmaq olub.

Yuxuların təfsiri ilə bağlı ilk mətnlər eramızdan əvvəl 5000-ci ildə assuriyalılar tərəfindən yazılıb. Bu mövzuda günümüzə qədər gəlib çatmış ən qədim əsər Britaniya muzeyində qorunan və eramızdan əvvəl 2000-ci ilə aid olduğu təxmin edilən Misir papirusudur. Həmin papirusda 200 növ yuxu yozumu verilib. Qədim Misir inancına görə, Serapis adlı bir tanrı var. Onun vəzifəsi yuxu görənləri xəbərdar etmək və onların suallarına cavab verməkdir. Kahinlər və yuxu tərcüməçiləri bu tanrının məbədlərində otururdular.

Eramızdan əvvəl 669-626-cı illərdə Ninevada yaşamış Assuriya imperatoru Aşşurbanipalın kitabxanasında yuxularla bağlı litoqrafiyalar tapılıb. Hindistanda eramızdan əvvəl 1500-1000-ci illərdə yazılmış Vedalarda yuxuların siyahıları var. Qədim yunanlar yuxu zamanı ruhun bədəni tərk edərək tanrıları ziyarət etməyə getdiyinə inanırdılar. Yuxu mövzusunda Hippokrat, Platon və Aristotelin də əsərləri var.

Ümumiyyətlə, həmin vaxtlardan xristianlığın yaranmasına qədər olan dövrdə yunan dilində 26 yuxu təfsiri kitabı yazılıb. Həmçinin "Tövrat"da, "İncil"də, eləcə də "Quran-Kərim"də yuxulardan (Həzrəti İbrahimin, Həzrəti Yusifin və Misir hökmdarının yuxularından) bəhs olunub. İslamdan əvvəl türklərdə xəbər vermək baxımından yuxu mühüm yer tutub. Hətta bununla bağlı əfsanələrdə bildirilir ki, xanlar gördükləri yuxulara uyğun hərəkət edirdilər.

 

Ruhun funksiyası, yoxsa təxəyyülün gücü

 

Əksər alimlərə görə, yuxu insanın ruhu ilə gördüyü, ağlı ilə dərk etdiyi hadisədir. Yuxu həm də ruhani aləmdən rəmzlər şəklində görmə aləminə endirilən ilham sayılır. İslam filosofları yuxunu təxəyyül gücündən sağlam düşüncəyə qədər müəyyən təsvirlərin əks olunması kimi izah edirlər. Ərəb filosofu Yaqub b. İshaq əl-Kindi "Yuxu və yuxunun təbiəti" adlı kitabında yuxunun ruhun funksiyası olduğunu, yuxuyozmanın təbiət elmləri arasında mühüm yer tutduğunu bildirib. Filosof Əbunəsr Fərabi yuxuları təxəyyül gücü ilə əlaqələndirib və bu gücün yuxuların əmələ gəlməsində müəyyənedici funksiya daşıdığını qeyd edib. İbn Sinaya görə isə,  yuxular ruhun təxəyyül gücünün təsirə açıq olması qabiliyyəti ilə baş verir və güclü yuxu zamanı metafizik aləmdən məlumat ala bilir. Təxəyyülü xarici hisslərin ixtiyarından kənarda olan insanın metafizik müstəviyə yönəlməsi artır. Fiziki sağlamlığın pis olması, təxəyyül və xatırlama gücünün yaxşı işləməməsi kimi maneələr olmasa, ruh təxəyyüldən xilas olur və ilahi səltənətə üz tutur. Bu vaxt oradan gələn məlumatlar ruhda yer alır, beləliklə, metafizik aləmlə bağlı bir qavrayış həyata keçirilir. Bəzən təxəyyül gücü nəfslə metafizik aləm arasına qarışır və baxışı əngəlləyir.

İbn Sinaya görə, yuxular təkcə metafizik aləmdən ruha gələn təsirlərə əsaslanmır, eyni zamanda insanın fizioloji vəziyyətindən doğan yuxular da var. Ac insanın yuxuda qida, üşüyən adamın ocaq görməsi buna misaldır. Bu zaman nəfs ilk arzuladıqlarını yuxuda görməyə başlayır.

 

Freydə görə,  yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir

 

XX əsrdə yuxular və onların yozumları ilə bağlı araşdırmalar psixologiya və fiziologiya tədqiqatçıları tərəfindən davam etdirilib.

Psixoanaliz elminin banisi Ziqmund Freydə görə, yuxu insanın şüuraltında olan arzularının ifadəsidir. Bu səbəbdən yuxuda gördüklərimiz ümumi mənadan çox xüsusi məna daşıyır və adama görə yozulmalıdır. İsteriya problemlərilə məşğul olan alim yuxugörmələri də müşahidə etdiyi hadisələr sırasına daxil edib. Onun nəzəriyyəsinə görə, yuxu mənasız deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Yəni həyata keçməyən arzular çox zaman şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərini davam etdirir. Şüura daxil olmaq istəyən sıxışdırılmış arzular şüuri təsəvvürlərlə mübarizəyə girərək yuxugörmə kimi hallarda onlara qalib gəlir. Ona görə də yuxuları düzgün yozmaqla insanın qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar.

Ümumiyyətlə, yuxular elmin bütün sahələrində tədqiqatçılar üçün müəmmalı mövzudur. Bioloji sahənin tədqiqatçıları yuxu zamanı beyində hansı psixoloji proseslərin baş verdiyini, insanlar yuxu görərkən beyində nevroloji dalğalanmaları müşahidə edirlər. Psixoloqlar isə yuxu məzmununun oyanıq həyat üçün təsiri üzərində işləyirlər.

XX əsrin ikinci yarısında beyni öyrənən alimlər yuxu ilə bağlı müəyyən nailiyyətlər əldə ediblər. Məsələn, bəzi insanların rəngli yuxular görməsi təsdiqlənib, hətta kimlərin rəngli yuxular görməsini də mütəxəssislər müəyyənləşdirə biliblər. Bundan əlavə, neyrofizioloqlar yuxu görən insanın psixikasında (beynində) hansı hissələrin aktiv olmasını dəqiqləşdiriblər. Amma bütün elm adamları yuxu haqqında bilinənlərlə yanaşı, yuxu ilə bağlı hələ də bilinməyən çox şey olduğu  barədə həmfikirdirlər. Yəni "niyə və necə yuxu görürük" sualının dəqiq cavabı indiyədək müəyyən olunmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!