03 İyun 2026 08:55
486
Səhiyyə
A- A+
Nadir Ebola ştamı yayılır

Nadir Ebola ştamı yayılır


Konqo Demokratik Respublikası (KDR) və Uqandada yayılan Ebola epidemiyası beynəlxalq ictimaiyyəti ciddi narahat etməyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud vəziyyəti "beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti" elan edib. Epidemiya bu dəfə Ebola virusunun nadir və az öyrənilmiş variantlarından biri olan Bundibugyo ştamı ilə əlaqələndirilir. Hazırda bu ştama qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə vasitəsinin olmaması xəstəliyə qarşı mübarizəni daha da çətinləşdirir.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzlərinin məlumatına görə, Konqo və Uqandada yüzlərlə təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Minlərlə şübhəli yoluxma hadisəsi isə araşdırılır. Rəqəmlər hər gün dəyişsə də, vəziyyətin nəzarət altına alınmadığı və yeni yoluxmaların davam etdiyi bildirilir. Mütəxəssislər yaxın həftələrdə yoluxma hallarının daha da arta biləcəyini istisna etmirlər.

Epidemiyanın əsas mərkəzi KDR-nin şərqində yerləşən İturi və Şimali Kivu əyalətləridir. Bu bölgələr uzun illərdir silahlı münaqişələr, yoxsulluq və zəif səhiyyə infrastrukturu ilə üzləşdiyindən xəstəliyin yayılmasının qarşısının alınması xüsusilə çətinləşir. Səhiyyə işçilərinin bəzi ərazilərə təhlükəsizlik səbəbindən daxil olmaqda çətinlik çəkməsi xəstələrin aşkarlanması və təmasların izlənilməsi prosesini ləngidir.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus KDR əhalisinə müraciətində vəziyyətin ciddiliyini vurğulayıb. O bildirib ki, Bundibugyo ştamına qarşı spesifik müalicə mövcud olmasa da, virusun yayılmasının qarşısını almaq və insanların həyatını xilas etmək üçün effektiv tədbirlər görülə bilər. Gebreyesusun sözlərinə görə, yoluxma zəncirinin qırılması, xəstələrin erkən aşkarlanması və təmasda olmuş şəxslərin müəyyən edilməsi epidemiyaya qarşı mübarizənin əsas elementləridir.

Sözügedən ştam ilk dəfə 2007-ci ildə Uqandanın Bundibugyo bölgəsində aşkarlanıb və adı da həmin ərazidən götürülüb. Sonrakı illərdə yalnız bir neçə epidemiya ilə əlaqələndirildiyi üçün digər Ebola variantları ilə müqayisədə daha az öyrənilib. Mövcud virus KDR-də qeydə alınmış 17-ci Ebola epidemiyasıdır. Təxminən yarım əsr əvvəl aşkar edilən virus bu ölkədə dəfələrlə kütləvi yoluxmalara səbəb olub. Hazırkı epidemiya isə miqyasına görə ölkə tarixində ən böyük hadisələrdən biri hesab olunur. Məhz bu səbəbdən  diqqətlə izlənilir. KDR ilə sərhədləri olan bir sıra ölkələrdə risk səviyyəsi artıb. Uqanda ilə yanaşı, Cənubi Sudan, Ruanda, Keniya, Zambiya, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Efiopiya, Anqola, Konqo Respublikası, Burundi və Somalinin yüksək risk altında olduğu bildirilir.

Xəstəliyin inkubasiya dövrü 2 gündən 21 günə qədər davam edə bilər. ÜST bildirir ki, insanlar adətən simptomlar ortaya çıxana qədər yoluxucu hesab edilmir. Lakin ilkin əlamətlərin qeyri-spesifik olması diaqnostikanı çətinləşdirir. Yoluxmuş şəxslərdə ilkin mərhələdə qızdırma, yorğunluq, əzələ ağrıları, baş ağrısı və boğaz ağrısı müşahidə olunur. Bu simptomlar qrip və ya digər infeksion xəstəliklərlə oxşarlıq təşkil etdiyindən bir çox halda xəstələr vaxtında müəyyən edilmir.

Xəstəlik inkişaf etdikcə vəziyyət ağırlaşır. Ebola hemorragik qızdırma yaratdığı üçün daxili və xarici qanaxmalar baş verə bilər. Müalicənin gecikməsi isə ölüm riskini artırır. Səhiyyə mütəxəssisləri məhz erkən diaqnostikanın həyat qurtaran əsas amillərdən biri olduğunu bildirirlər. Virus xəstə və ya vəfat etmiş şəxslərin bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır. Tər, qan, qusma kimi bioloji mayelər əsas yoluxma mənbəyi hesab olunur. Bu səbəbdən səhiyyə işçiləri, xəstə baxıcıları və dəfn mərasimlərində iştirak edən şəxslər daha yüksək risk qrupuna daxildirlər. Yoluxmuş şəxslərlə təmasda olan insanların müəyyənləşdirilməsi və nəzarət altında saxlanılması epidemiya ilə mübarizədə mühüm rol oynayır.

Mövcud epidemiya ilə bağlı ən böyük problemlərdən biri Bundibuqyoya qarşı təsdiqlənmiş peyvəndin və xüsusi müalicənin olmamasıdır. Son illərdə Ebola virusunun bəzi variantlarına qarşı effektiv peyvəndlər hazırlanıb və tətbiq olunub. Lakin həmin preparatlar bu ştama qarşı eyni səviyyədə təsir göstərmir. Buna görə də ÜST potensial müalicə vasitələrinin qiymətləndirilməsi üçün beynəlxalq ekspertləri bir araya gətirib. Mütəxəssislər klinik sınaqlarda istifadə olunması məqsədilə bir sıra namizəd preparatları prioritet hesab ediblər. Bunların arasında "Mapp Biopharmaceutical" və "Regeneron" şirkətlərinin hazırladıqları antikor terapiyaları, eləcə də "Gilead Sciences" şirkətinin antiviral preparatı yer alır.

Regional əməkdaşlığın gücləndirilməsi məqsədilə KDR, Uqanda və Cənubi Sudan səhiyyə nazirləri birgə cavab tədbirləri planını təsdiqləyiblər. Ümumi dəyəri 319 milyon ABŞ dolları olan proqram epidemiya ilə mübarizə, laboratoriya imkanlarının genişləndirilməsi, səhiyyə işçilərinin hazırlanması və sərhəd nəzarətinin gücləndirilməsini nəzərdə tutur.

Epidemiyanın təsirləri artıq Afrika qitəsindən kənarda da hiss olunmağa başlayıb. Avropa ölkələri vəziyyəti yaxından izləyir. 

Hazırda əsas ümid beynəlxalq koordinasiyanın gücləndirilməsi, yoluxma zəncirlərinin vaxtında müəyyən edilməsi və perspektivli müalicə vasitələrinin sürətlə sınaqdan keçirilməsidir. Bununla yanaşı, mütəxəssislər əhalinin maarifləndirilməsinin və səhiyyə sistemlərinə davamlı investisiyaların gələcək epidemiyaların qarşısının alınmasında həlledici rol oynayacağını vurğulayırlar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

18:32
08 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB

18:28
08 İyun

Qızıl investisiya cəlbediciliyini qismən itirir

18:23
08 İyun

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

18:21
08 İyun

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir  

18:17
08 İyun

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

18:08
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!