10 Sentyabr 2026 11:23
177
İQTİSADİYYAT
A- A+
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası baş tutub

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası baş tutub


“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, iclasa sədrlik edən nazir müavini Samir Vəliyev bildirib ki, “Yaşıl enerji məkanı” məqsədi üzrə tədbirlərin reallaşdırılması enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına və ətraf mühitin mühafizəsinin təmin edilməsinə mühüm töhfə verir.

Qeyd olunub ki, elektrik və qaz təchizatı sahəsində aparılan islahatlar, elektrik şəbəkələrinin yenilənməsi və gücləndirilməsi, müasir avadanlıqların tətbiqi, yeni yarımstansiya və elektrik xətlərinin inşası enerji təchizatının keyfiyyət və etibarlılığını artırır. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və enerji idarəetmə sistemlərinin təkmilləşdirilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, enerji xərclərinin və itkilərin azaldılmasına, iqtisadi rəqabətqabiliyyətliliyin yüksəldilməsinə şərait yaradır.

Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədi - “Yaşıl enerji məkanı” üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası ilə bağlı 2026-cı ilin birinci yarımilliyin monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabatı təqdim edib, görülmüş işlər, aparılmış monitorinq və qiymətləndirmə nəticələri, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri barədə məlumat verib.

İclasda İşçi qrup üzvlərinin hesabata dair rəy və təklifləri dinlənilib, icrası başa çatacaq tədbirlər üzrə 2026-cı il üçün hədəflənmiş işlərə dair çağırış və tövsiyələr, atılacaq növbəti addımlar nəzərdən keçirilib, eləcə də bu tədbirlərin icrasının tam və effektiv tamamlanması və qarşıdakı dövrdə yekun hesabatın vaxtında və dolğun hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “AzərEnerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsraildə körpə qidasına anestezik maddə qatmaqda şübhəli bilinən şəxsə ittiham irəli sürülüb

11:50
10 Sentyabr

UNESCO xəbərdarlıq edir: Dünyada məktəblərə hücumlar 2025-ci ildə 33 faiz artıb

11:47
10 Sentyabr

D.Tramp, respublikaçılar Konqresə nəzarəti saxlayarsa, hər bir yetkin amerikalıya 5000 dollar vəd edib

11:45
10 Sentyabr

Serbiya Prezidenti növbədənkənar parlament seçkiləri elan etdi

11:43
10 Sentyabr

Suriyada baş verən partlayışda 14 nəfər həlak olub

11:40
10 Sentyabr

Ötən gün 71 cinayətin açılması təmin olunub

11:37
10 Sentyabr

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib  

11:35
10 Sentyabr

Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında

11:33
10 Sentyabr

BDYPİ sürücülərə növbəti dəfə çağırış edib

11:30
10 Sentyabr

Meksika qəzeti: AMERİPOL Azərbaycanın transatlantik polis əməkdaşlığını gücləndirməsini alqışlayır

11:27
10 Sentyabr

Bakı yenidən rəsmi Limanın diplomatik xəritəsində: Perunun xarici siyasətinə çağırış

11:25
10 Sentyabr

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası baş tutub

11:23
10 Sentyabr

Azərbaycan neftinin qiyməti 113 dolları ötüb

11:20
10 Sentyabr

Xəzərdə zəlzələ olub

11:17
10 Sentyabr

Birjalarda neftin qiyməti azalıb

11:15
10 Sentyabr

Azərbaycan Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində iştirak edir

11:13
10 Sentyabr

Nazir: COVID pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib

11:10
10 Sentyabr

Çempionlar Liqası: “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq

11:07
10 Sentyabr

Ceyhun Bayramov: Azərbaycanın donor ölkə kimi meydana çıxması əhəmiyyətlidir

11:05
10 Sentyabr

Xocalıda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb

11:03
10 Sentyabr

Qaxda avtomobil ağaca çırpıldı: FHN sıxılı vəziyyətdə qalan sürücünü xilas etdi

11:00
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!