10 Sentyabr 2026 11:30
125
CƏMİYYƏT
A- A+
BDYPİ sürücülərə növbəti dəfə çağırış edib

BDYPİ sürücülərə növbəti dəfə çağırış edib


Son günlər yol-nəqliyyat hadisələrinin, xüsusilə ağır nəticələrlə müşayiət olunan qəzaların artması yol hərəkəti təhlükəsizliyinə daha ciddi və məsuliyyətli yanaşmağı zəruri edir. Hər bir ağır qəzanın arxasında insan həyatı, doğmalarını itirən ailələr və bəzən bir anlıq yanlış qərarın illərlə davam edən ağır nəticələri dayanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında bildirilib.

Bildirilib ki, sürət həddinin aşılması, təhlükəli ötmə və manevrlər, ara məsafəsinin düzgün saxlanılmaması, eləcə də sükan arxasında diqqətin yayındırılması yol-nəqliyyat hadisələrinin başvermə riskini əhəmiyyətli dərəcədə artırır. Yolda verilən yanlış qərar və ya bir neçə saniyəlik diqqətsizlik geri dönüşü olmayan faciəyə səbəb ola bilər.

“Yol hərəkətində təhlükəsizlik hər bir sürücünün məsuliyyətli davranışından başlayır. Mənzil başına tez çatmaq naminə edilən risk, tələskənlik və ya bir anlıq ehtiyatsızlıq həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına ata bilər. Bir daha bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sükan arxasında diqqətli, səbirli və məsuliyyətli olmağa çağırırıq. Bir anlıq tələskənlik və ya ehtiyatsızlıq ömürboyu davam edən peşmanlığa çevrilməsin. Hər səfərin sonunda sizi gözləyən doğmalarınızın olduğunu unutmayın!”,- deyə çağırışda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsraildə körpə qidasına anestezik maddə qatmaqda şübhəli bilinən şəxsə ittiham irəli sürülüb

11:50
10 Sentyabr

UNESCO xəbərdarlıq edir: Dünyada məktəblərə hücumlar 2025-ci ildə 33 faiz artıb

11:47
10 Sentyabr

D.Tramp, respublikaçılar Konqresə nəzarəti saxlayarsa, hər bir yetkin amerikalıya 5000 dollar vəd edib

11:45
10 Sentyabr

Serbiya Prezidenti növbədənkənar parlament seçkiləri elan etdi

11:43
10 Sentyabr

Suriyada baş verən partlayışda 14 nəfər həlak olub

11:40
10 Sentyabr

Ötən gün 71 cinayətin açılması təmin olunub

11:37
10 Sentyabr

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib  

11:35
10 Sentyabr

Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında

11:33
10 Sentyabr

BDYPİ sürücülərə növbəti dəfə çağırış edib

11:30
10 Sentyabr

Meksika qəzeti: AMERİPOL Azərbaycanın transatlantik polis əməkdaşlığını gücləndirməsini alqışlayır

11:27
10 Sentyabr

Bakı yenidən rəsmi Limanın diplomatik xəritəsində: Perunun xarici siyasətinə çağırış

11:25
10 Sentyabr

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası baş tutub

11:23
10 Sentyabr

Azərbaycan neftinin qiyməti 113 dolları ötüb

11:20
10 Sentyabr

Xəzərdə zəlzələ olub

11:17
10 Sentyabr

Birjalarda neftin qiyməti azalıb

11:15
10 Sentyabr

Azərbaycan Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində iştirak edir

11:13
10 Sentyabr

Nazir: COVID pandemiyası dövründə Azərbaycan 80 ölkəyə yardım göstərib

11:10
10 Sentyabr

Çempionlar Liqası: “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq

11:07
10 Sentyabr

Ceyhun Bayramov: Azərbaycanın donor ölkə kimi meydana çıxması əhəmiyyətlidir

11:05
10 Sentyabr

Xocalıda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb

11:03
10 Sentyabr

Qaxda avtomobil ağaca çırpıldı: FHN sıxılı vəziyyətdə qalan sürücünü xilas etdi

11:00
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!