27 Oktyabr 2026 19:07
180
Səhiyyə
A- A+
Xərçəngin təkrarlanma riskini 42 faiz azaldan peyvənd 

Xərçəngin təkrarlanma riskini 42 faiz azaldan peyvənd 


Cərrahi üsulla şiş götürüldükdən sonra fərdiləşdirilmiş melanoma peyvəndi immunoterapiya ilə birlikdə xəstəliyin qayıtması və ya ölüm riskini 42 faiz azaldıb. Alimlər bu qənaətə Avropa Tibbi Onkologiya Cəmiyyətinin konqresində (ESMO 2026) təqdim edilən beynəlxalq üçüncü faza klinik tədqiqatının nəticələrinə əsasən gəliblər. 

Əvvəllər şişləri çıxarılmış yüksək riskli 1137 melanoma pasiyentinin qatıldığı sınaqlar dünya üzrə 157 tibb mərkəzində həyata keçirilib.

İştirakçılar iki qrupa bölünüb: bir qrup standart pembrolizumab immunoterapiyası, digər qrup isə həmin preparatla yanaşı eksperimental intismeran peyvəndi ilə müalicə alıb.

Peyvəndin özəlliyi onun hər bir pasiyent üçün şişin genetik xüsusiyyətlərinə əsasən fərdi şəkildə hazırlanmasıdır - mRNT texnologiyasının köməyi ilə immun sistemə qalan xərçəng hüceyrələrini tanımaq və məhv etmək öyrədilir.

Məlum olub ki, peyvəndin əlavə olunması melanoma residivi və ya ölüm riskini yalnız pembrolizumabın tətbiqi ilə müqayisədə 42 faiz azaldıb. Xəstəliyin müalicənin ilk altı ayında qayıtmadığı pasiyentlərdə isə riskin azalması 58 faizə çatıb. Eyni zamanda peyvənd pembrolizumabın əlavə təsirlərinin tezliyini artırmayıb. Arzuolunmaz reaksiyalar sırasında sadəcə inyeksiya yerində müvəqqəti ağrı, baş ağrısı və üşütmə qeydə alınıb.

Alimlər hesab edirlər ki, fərdiləşdirilmiş peyvəndlər melanomanın və potensial olaraq digər xərçəng növlərinin müalicəsində yeni yanaşmaya çevrilə bilər.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlara yol açır 

20:01
27 Oktyabr

BMT Turizmin Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb  

19:50
27 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub  

19:48
27 Oktyabr

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb  

19:46
27 Oktyabr

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

19:45
27 Oktyabr

İspaniyada zorakılıq dalğası  

19:39
27 Oktyabr

ABŞ-də Konqres seçkilərində sorğularda son vəziyyət

19:39
27 Oktyabr

BMT: 2050-ci ilə qədər 1,2 milyarda yaxın insan evini dəyişmək məcburiyyətində qala bilər  

19:21
27 Oktyabr

Xərçəngin təkrarlanma riskini 42 faiz azaldan peyvənd 

19:07
27 Oktyabr

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər  

19:02
27 Oktyabr

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb  

19:01
27 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:59
27 Oktyabr

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb  

18:58
27 Oktyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:54
27 Oktyabr

Aİ “Temu”nun fəaliyyət planını təsdiqləyir

18:37
27 Oktyabr

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb  

18:29
27 Oktyabr

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

18:23
27 Oktyabr

İsveç hökuməti “ChatGPT” və “Claude” istifadəsini məhdudlaşdırıb  

18:20
27 Oktyabr

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir  

18:16
27 Oktyabr

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib  

18:09
27 Oktyabr

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

18:01
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!