27 Oktyabr 2026 18:29
213
CƏMİYYƏT
A- A+
Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb  

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb  


Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev Mərakeşin Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti Məhəmməd Benalilu və İraqın Federal Dürüstlük Komissiyasının komissarı doktor Məhəmməd Əli əl-Lami ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən hüquqi və institusional islahatlar barədə məlumat verib. Dövlətimizin başçısının 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planını təsdiq etməsi ilə bu sahədə sistemli tədbirlərin həyata keçirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiya risklərinin qarşısının alınması, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və elektronlaşdırılması istiqamətində müəyyən edilmiş prioritetlər diqqətə çatdırılıb.

Mərakeşin Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti ilə görüşdə Azərbaycan-Mərakeş münasibətlərinin inkişafı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Baş prokuror 2026-cı ilin aprelində Mərakeşə işgüzar səfərini və ölkənin dövlət rəsmiləri ilə keçirdiyi görüşləri xatırladaraq, həmin təmasların ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulayıb.

Məhəmməd Benalilu səmimi qəbula görə təşəkkürünü bildirərək, korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin, habelə müvafiq qurumlar arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər Azərbaycanın Baş Prokurorluğu ilə Mərakeşin müvafiq qurumu arasında əməkdaşlığın inkişaf perspektivlərini, qabaqcıl təcrübənin öyrənilməsini və beynəlxalq və regional platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.

Görüşün yekununda Azərbaycanın Baş Prokurorluğu ilə Mərakeşin Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İraqın Federal Dürüstlük Komissiyasının komissarı ilə görüşdə Azərbaycan-İraq münasibətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə inkişafı müsbət qiymətləndirilib, İraqın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.

Baş prokuror 2024-cü ilin noyabrında Qətərdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin ikinci yüksəksəviyyəli görüşü çərçivəsində Məhəmməd Əli əl-Lami ilə, habelə 2024-2025-ci illərdə İraqın məhkəmə və prokurorluq orqanlarının rəhbərləri ilə keçirdiyi görüşləri xatırladaraq, bu təmasların hüquqi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Məhəmməd Əli əl-Lami korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Görüşdə iki qurum arasında əməkdaşlığın inkişaf perspektivləri, qabaqcıl təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, eləcə də birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda Azərbaycanın Baş Prokurorluğu ilə İraqın Federal Dürüstlük Komissiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlara yol açır 

20:01
27 Oktyabr

BMT Turizmin Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb  

19:50
27 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub  

19:48
27 Oktyabr

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb  

19:46
27 Oktyabr

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

19:45
27 Oktyabr

İspaniyada zorakılıq dalğası  

19:39
27 Oktyabr

ABŞ-də Konqres seçkilərində sorğularda son vəziyyət

19:39
27 Oktyabr

BMT: 2050-ci ilə qədər 1,2 milyarda yaxın insan evini dəyişmək məcburiyyətində qala bilər  

19:21
27 Oktyabr

Xərçəngin təkrarlanma riskini 42 faiz azaldan peyvənd 

19:07
27 Oktyabr

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər  

19:02
27 Oktyabr

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb  

19:01
27 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:59
27 Oktyabr

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb  

18:58
27 Oktyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:54
27 Oktyabr

Aİ “Temu”nun fəaliyyət planını təsdiqləyir

18:37
27 Oktyabr

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb  

18:29
27 Oktyabr

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

18:23
27 Oktyabr

İsveç hökuməti “ChatGPT” və “Claude” istifadəsini məhdudlaşdırıb  

18:20
27 Oktyabr

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir  

18:16
27 Oktyabr

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib  

18:09
27 Oktyabr

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

18:01
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!