27 Oktyabr 2026 20:01
221
Səhiyyə
A- A+
Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlara yol açır 

Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlara yol açır 


Hormonal göz damcılarının nəzarətsiz istifadəsi qlaukomanın yaranmasına gətirib çıxara bilər. “News.ru”nun məlumatına görə, bu barədə rusiyalı həkim-oftalmoloq Vladlena Azima bildirib.

Onun sözlərinə görə, mütəxəssislə məsləhətləşmədən yalnız tərkibində konservant olmayan göz yaşı əvəzedicilərindən istifadə etməyə icazə verilir.

“Kortikosteroid tərkibli damcıların həkim nəzarəti olmadan uzunmüddətli istifadəsi təhlükəlidir. Onlar göz içi təzyiqini artıra və insanın tərləmiş şüşə arxasından baxırmış kimi gördüyü büllurun bulanması (katarakta) ilə nəticələnə bilər. Həmçinin immun müdafiəsini zəiflətdiyi üçün infeksiyalar bu cür damcıların fonunda daha ağır keçir. Hormonal damcılar istifadəyə başlandıqdan iki-altı həftə sonra gözdə təzyiqi artıra bilər. Dəqiq müddət preparatdan asılıdır. Bu zaman pasiyent heç nə hiss etmir. Yüksək təzyiq isə bu müddət ərzində görmə sinirini tədricən zədələyir və qlaukoma inkişaf edir”, - deyə Azima xəbərdarlıq edib.

O vurğulayıb ki, hormonal damcıların yaratdığı fəsadları həmişə tam şəkildə aradan qaldırmaq mümkün olmur. Həkimin sözlərinə görə, kataraktanı əməliyyatla müalicə etmək olar. bulanıq büllur süni büllurla əvəz olunur və müdaxilədən sonra vəziyyət çox vaxt yaxşılaşır, hətta bəzən xəstə eynəksiz də keçinə bilir. Lakin mütəxəssis xəbərdarlıq edib ki, qlaukoma səbəbindən itirilmiş görməni artıq geri qaytarmaq qeyri-mümkündür.

“Həkim təyinatı olmadan yalnız konservantsız nəmləndirici damcılardan (göz yaşı əvəzedicilərindən) istifadə etmək olar. Gözə toz düşərsə, onu antiseptik damcılarla yumaq mümkündür. Damardaraldıcı vasitələrdən isə yalnız arabir – məsələn, yuxusuz qaldıqda və səhər yaxşı görünmək lazım gəldikdə istifadə etmək olar. Əgər onlara tez-tez müraciət olunarsa, təsir bitən kimi gözlər daha da qızarır və əl yenidən flakona uzanır”, - deyə Azima sözlərini yekunlaşdırıb.


Yasəmən MUSAYEVA,

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Roma Papasının Cənubi Amerika səfəri təxirə salınmayıb  

20:22
27 Oktyabr

Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlara yol açır 

20:01
27 Oktyabr

BMT Turizmin Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb  

19:50
27 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub  

19:48
27 Oktyabr

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb  

19:46
27 Oktyabr

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

19:45
27 Oktyabr

İspaniyada zorakılıq dalğası  

19:39
27 Oktyabr

ABŞ-də Konqres seçkilərində sorğularda son vəziyyət

19:39
27 Oktyabr

BMT: 2050-ci ilə qədər 1,2 milyarda yaxın insan evini dəyişmək məcburiyyətində qala bilər  

19:21
27 Oktyabr

Xərçəngin təkrarlanma riskini 42 faiz azaldan peyvənd 

19:07
27 Oktyabr

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər  

19:02
27 Oktyabr

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb  

19:01
27 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:59
27 Oktyabr

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb  

18:58
27 Oktyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:54
27 Oktyabr

Aİ “Temu”nun fəaliyyət planını təsdiqləyir

18:37
27 Oktyabr

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb  

18:29
27 Oktyabr

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

18:23
27 Oktyabr

İsveç hökuməti “ChatGPT” və “Claude” istifadəsini məhdudlaşdırıb  

18:20
27 Oktyabr

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir  

18:16
27 Oktyabr

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib  

18:09
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!