27 Oktyabr 2026 19:50
231
SİYASƏT
A- A+
BMT Turizmin Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb  

BMT Turizmin Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb  


Oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveys ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin zəngin turizm potensialının beynəlxalq səviyyədə təşviqi, turizm sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də ölkəmizin beynəlxalq turizm platformalarında iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Baş katibi sözügedən vəzifəyə seçilməsi münasibətilə bir daha təbrik edib və ona uğurlar arzulayıb. O, Azərbaycanın beynəlxalq turizm əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi, müxtəlif təbii landşaftları, müasir infrastrukturu və qonaqpərvərlik ənənələrinin Azərbaycanın regional və beynəlxalq turizm məkanında cəlbediciliyini artırdığı vurğulanıb.

Azərbaycanın turizm potensialının müxtəlifliyi diqqətə çatdırılaraq, ölkədə mədəni irs, şəhər, ekoturizm, kənd, dağ, sağlamlıq, qış və işgüzar turizm istiqamətlərinin inkişafı üçün mövcud imkanlar qeyd edilib.

Ölkəmizin zəngin mətbəx mədəniyyətinin və milli kulinariya ənənələrinin ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığı görüş zamanı bildirilib. Qastronomik turizmin Azərbaycanın mədəni irsinin, milli adət-ənənələrinin və qonaqpərvərlik mədəniyyətinin tanıdılmasına verdiyi töhfələr qeyd olunub.

Azərbaycanın turizm sahəsində həyata keçirdiyi proqramlar və təşəbbüslər, turizm infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, həmçinin ölkənin müxtəlif turizm məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərin zəngin tarixi-mədəni irsi və turizm potensialı da diqqət mərkəzində olub. Həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, mədəni və dini irsin qorunması, eləcə də yeni turizm istiqamətlərinin formalaşdırılması barədə məlumat verilib.

Baş katib Şeyxa Əl Nuveys ölkəmizin təşkilatda fəal üzvlüyünə görə təşəkkür edib, təşkilatın bir sıra planıarı və prioritetləri barədə geniş məlumat təqdim edib.

Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Roma Papasının Cənubi Amerika səfəri təxirə salınmayıb  

20:22
27 Oktyabr

Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlara yol açır 

20:01
27 Oktyabr

BMT Turizmin Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb  

19:50
27 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub  

19:48
27 Oktyabr

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb  

19:46
27 Oktyabr

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

19:45
27 Oktyabr

İspaniyada zorakılıq dalğası  

19:39
27 Oktyabr

ABŞ-də Konqres seçkilərində sorğularda son vəziyyət

19:39
27 Oktyabr

BMT: 2050-ci ilə qədər 1,2 milyarda yaxın insan evini dəyişmək məcburiyyətində qala bilər  

19:21
27 Oktyabr

Xərçəngin təkrarlanma riskini 42 faiz azaldan peyvənd 

19:07
27 Oktyabr

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər  

19:02
27 Oktyabr

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb  

19:01
27 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:59
27 Oktyabr

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb  

18:58
27 Oktyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:54
27 Oktyabr

Aİ “Temu”nun fəaliyyət planını təsdiqləyir

18:37
27 Oktyabr

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb  

18:29
27 Oktyabr

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

18:23
27 Oktyabr

İsveç hökuməti “ChatGPT” və “Claude” istifadəsini məhdudlaşdırıb  

18:20
27 Oktyabr

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir  

18:16
27 Oktyabr

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib  

18:09
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!