26 Oktyabr 2026 18:44
236
Səhiyyə
A- A+
Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub


Qranada Universitetinin alimləri dərman qəbul etmədən piylənmə ilə mübarizənin daha səmərəli yolunu müəyyən ediblər. “Nature Communications” jurnalında dərc edilən araşdırmaya görə, fasiləli aclıq ilə fiziki məşqlərin birləşdirilməsi yalnız idmanla məşğul olmaqla müqayisədə çəkini və bədəndəki piylərin miqdarını daha çox azaltmağa kömək edir.

12 həftə davam edən eksperimentdə artıq çəkisi olan 187 nəfər iştirak edib və dörd qrupa bölünüb. Qruplar sağlam qidalanma tövsiyələri alıb, fasiləli aclıq rejiminə əməl edib, idmanla məşğul olub və hər iki üsulu birləşdiriblər. Fasiləli aclıq tətbiq edənlər qidanı gündə cəmi səkkiz saat ərzində qəbul ediblər, məşq proqramına isə güc və intensiv kardio yükləmələr daxil edilib, həmçinin bütün iştirakçılara Aralıq dənizi pəhrizinə riayət etmək tövsiyə olunub.

Məlum olub ki, fasiləli aclıq saxlayanlar nəzarət qrupu ilə müqayisədə orta hesabla 2,2 kiloqram daha çox çəki itiriblər. Aclıq və məşqin vəhdəti isə bədən piylərinin miqdarını tək idmanla müqayisədə daha çox azaldıb. Alimlər həmçinin qaraciyərdəki piylərin dəyişməsini də qiymətləndiriblər və onların miqdarının bütün qruplarda azaldığını, lakin üsullar arasında əhəmiyyətli fərq olmadığını aşkar ediblər. Baxmayaraq ki, fiziki məşqlər dözümlülüyü və ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırıb.

Proqram başa çatdıqdan bir il sonra qruplar arasındakı çəki, bədən quruluşu və qaraciyər piylərinin miqdarı ilə bağlı fərqlər aradan qalxıb, buna görə də müəlliflər fasiləli aclıq ilə məşqlərin birləşməsinin qısamüddətli arıqlamaq üçün faydalı ola biləcəyi qənaətinə gəliblər.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

D vitamini çatışmazlığı ilə mübarizədə gözlənilməz üsul

19:44
26 Oktyabr

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

Pentaqon hərbi bazaları müharibə halı üçün 90 günlük tam təcridə hazırlayır  

17:46
26 Oktyabr

Görünməyən virus, böyüyən təhlükə  

17:43
26 Oktyabr

Prezidentin köməkçisi: Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır VİDEO

17:41
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!