27 Oktyabr 2026 19:46
249
CƏMİYYƏT
A- A+
Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb  

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb  


Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsində Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Azərbaycan ilə BMT arasında formalaşmış səmərəli tərəfdaşlığı vurğulayıb. Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq səylərin əlaqələndirilməsi, hüquq-mühafizə orqanlarının institusional potensialının gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Əvvəlki təmaslara toxunularaq, 2024-cü ilin noyabrında COP29 çərçivəsində Baş Prokurorluğun, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş hüquq-mühafizə orqanlarının iqlim dəyişmələri ilə mübarizədə roluna həsr olunmuş yüksəksəviyyəli tədbirin əhəmiyyəti vurğulanıb. Həmçinin əvvəlki illərdə keçirilmiş ikitərəfli görüşlər xatırlanaraq, mövcud əməkdaşlığın konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Baş prokuror Azərbaycanın prokurorluq orqanlarının BMT-nin müvafiq strukturları ilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və birgə praktiki təşəbbüslərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Aleksandr Zuyev səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan ilə BMT qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin, hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinin və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tərəflər terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və BMT-nin müvafiq strukturları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Roma Papasının Cənubi Amerika səfəri təxirə salınmayıb  

20:22
27 Oktyabr

Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlara yol açır 

20:01
27 Oktyabr

BMT Turizmin Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb  

19:50
27 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub  

19:48
27 Oktyabr

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb  

19:46
27 Oktyabr

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

19:45
27 Oktyabr

İspaniyada zorakılıq dalğası  

19:39
27 Oktyabr

ABŞ-də Konqres seçkilərində sorğularda son vəziyyət

19:39
27 Oktyabr

BMT: 2050-ci ilə qədər 1,2 milyarda yaxın insan evini dəyişmək məcburiyyətində qala bilər  

19:21
27 Oktyabr

Xərçəngin təkrarlanma riskini 42 faiz azaldan peyvənd 

19:07
27 Oktyabr

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər  

19:02
27 Oktyabr

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb  

19:01
27 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:59
27 Oktyabr

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb  

18:58
27 Oktyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:54
27 Oktyabr

Aİ “Temu”nun fəaliyyət planını təsdiqləyir

18:37
27 Oktyabr

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb  

18:29
27 Oktyabr

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

18:23
27 Oktyabr

İsveç hökuməti “ChatGPT” və “Claude” istifadəsini məhdudlaşdırıb  

18:20
27 Oktyabr

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir  

18:16
27 Oktyabr

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib  

18:09
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!