04 İyun 2026 09:06
110
DÜNYA
A- A+
Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır  

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır  


Ukraynada “Patriot” sistemləri üçün nəzərdə tutulan PAC-3 raketlərinin çatışmazlığı davam edir, lakin ABŞ-dan tədarük dayanmır. Bununla yanaşı, Kiyev yeni həllər üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

V.Zelenski qeyd edib ki, Ukraynada PAC-3 raketlərinin çatışmazlığı bu gün yaranmayıb. Onun sözlərinə görə, əvvəllər tərəfdaşlar bu raketləri tələb olunan həcmdə verirdilər, lakin Yaxın Şərqdə münaqişə başlayandan sonra vəziyyət dəyişib.

“Biz tərəfdaşlardan PAC-3 raketlərini lazımi həcmdə alırdıq. Lakin sonradan ay ərzində verilən raketlərin sayı bir neçə dəfə azaldıldı. Bu, vəsait çatışmazlığı ilə bağlı deyildi. Buna baxmayaraq, Yaxın Şərqdə münaqişə başlayandan sonra raketlərin sayı azaldı”, – deyə Ukrayna lideri qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, tədarükün azalması təkcə PAC-3 raketlərinə deyil, digər silah növlərinə də təsir edib. Tələbatın bir hissəsini Ukrayna istehsalı hesabına qarşılamaq mümkün olub, lakin PAC-3 raketlərini əvəz etmək hələ ki mümkün deyil.

“Müxtəlif ölkələrlə dron sazişləri də bağlamışıq ki, tərəfdaşlar ballistik raketlərin vurulmasına kömək edə biləcək vasitələri təqdim etsinlər”, – deyə o əlavə edib.

Digər fəaliyyət istiqamətlərindən biri də “Patriot” sistemlərinin istehsalı üçün lisenziyanın alınması ilə bağlı ABŞ-la aparılan danışıqlardır.

Onun sözlərinə görə, “Patriot” sistemlərinin Ukraynada və ya Avropadakı müttəfiqlərlə birlikdə istehsalı dövlətin və bütövlükdə Avropanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində əlavə addım olardı.

“Bu, ABŞ Prezidentinin Avropanın öz müdafiəsi üçün lazım olan imkanları özünün gücü hesabına formalaşdırması ilə bağlı yanaşmasına uyğundur. Biz bundan sonra da diqqətimizi bu məsələyə yönəldəcəyik. ABŞ-yə bu mesajın çatdırılmasına kömək edən bütün tərəfdaşlara minnətdaram. Biz həm Avropaya, həm Amerikaya, həm də müttəfiqlərə fayda verəcək məhsulları istehsal edə bilərik. Bu, ilk növbədə “Patriot” sistemlərinə aiddir”, – deyə Ukrayna Prezidenti yekunlaşdırıb.

M.Rütte öz növbəsində bildirib ki, PAC-2 və PAC-3 raketləri Ukraynanın Rusiya hava hücumlarından müdafiəsində əsas vasitələrdən biri olaraq qalır. Onun sözlərinə görə, bu sursatların ABŞ-dən tədarükü davam edir.

“Yaxşı xəbər ondan ibarətdir ki, bu mühüm raketlərin ABŞ-dən Ukraynaya göndərilməsi hər gün və hər həftə davam edir”, – deyə o vurğulayıb.

NATO-nun baş katibi qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemi effektiv fəaliyyət göstərsə də, Rusiya qoşunları hələ də zərbələr endirə bilir. Bununla yanaşı, raketlərin əhəmiyyətli hissəsi məhz “Patriot” sistemləri sayəsində məhv edilir.

Müttəfiqlər həmçinin Ukraynaya raket tədarükünü təmin edən PURL proqramının maliyyələşdirilməsini davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

“Lakin hər zaman intensiv hərbi əməliyyatların mövcud ehtiyatlara təsir göstərməsi riski var. Bununla belə, bu, PURL proqramına təsir etmir. İstehsal artırılacaq ki, anbarlarımızda olan vasitələri tədarük edə bilək”, – deyə M.Rütte əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

11:19
04 İyun

Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır

11:03
04 İyun

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

10:58
04 İyun

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

10:51
04 İyun

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

10:48
04 İyun

Dünya bazarında qızıl 33 dollar bahalaşıb

10:42
04 İyun

Azərbaycan nefti 104 dollara satılıb

10:36
04 İyun

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

10:23
04 İyun

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

10:19
04 İyun

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

10:09
04 İyun

Xəzərdə zəlzələ olub

10:02
04 İyun

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

10:01
04 İyun

Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...

09:55
04 İyun

Əsrlərin şahidi, tarixin yadigarı "Günbəzli hamam"

09:50
04 İyun

İndi kəndimizin futbol meydançası da var

09:45
04 İyun

Kəndimizin su problemi həll olundu

09:40
04 İyun

Çeşidlərin çoxluğu - rahatlığın yoxluğu

09:35
04 İyun

Yaşıllaşan sənaye şəhəri

09:30
04 İyun

Məktəb psixoloqlarının rolu böyükdür

09:25
04 İyun

Vətən Murad kimi oğulları unutmur

09:20
04 İyun

Şəhərlər xalqın taleyini yaşayır

09:15
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!