16 Yanvar 2026 18:33
657
SİYASƏT
A- A+
Türk ekspert: Prezident İlham Əliyevin çağırışı Türk dünyasının təhlükəsizlik arxitekturasını formalaşdırır  

Türk ekspert: Prezident İlham Əliyevin çağırışı Türk dünyasının təhlükəsizlik arxitekturasını formalaşdırır  


Dünya hazırda yeni beynəlxalq düzənin formalaşması mərhələsinin tam mərkəzindədir. Mövcud ittifaqların səmərəliliyi yenidən qiymətləndirilir, paralel olaraq yeni əməkdaşlıq və təhlükəsizlik modelləri axtarılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Emre Diner deyib.

Onun sözlərinə görə, belə mürəkkəb və qeyri-müəyyən geosiyasi şəraitdə Prezident İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı səsləndirilən çağırış vaxtında və strateji baxımdan son dərəcə əsaslandırılmış addımdır: “Latın Amerikasından Yaxın Şərqə, Avropadan Qara dəniz hövzəsinə qədər çoxsaylı böhranların yaşandığı indiki mərhələdə Prezident İlham Əliyevin türk dövlətlərinə ünvanladığı mesajın mahiyyəti ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı hərbi baxımdan da vahid güc mərkəzinə çevrildiyi təqdirdə qlobal miqyasda real çəkindirici balans amili rolunu oynaya bilər”.

Ekspert qeyd edib ki, 2026-cı ilin əvvəlində birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü Cənubi Qafqazda, Avropada və Yaxın Şərqdə artan risklər fonunda proaktiv təhlükəsizlik refleksinin formalaşdırılmasının zəruriliyini ortaya qoyur: “Bu addım təkcə hərbi koordinasiyanı gücləndirmir, eyni zamanda, Türk dünyasının regional böhranlara qarşı vahid iradə ilə çıxış etməsinə real zəmin yaradır”.

Emre Diner Rəcəb Tayyib Ərdoğanın “Türk Dövlətləri Təşkilatı artıq qlobal balans mərkəzidir” fikrini xatırladaraq bildirib ki, Prezident İlham Əliyevin çağırışı bu yanaşmanı praktik müstəviyə daşıyır. Türk dövlətləri təhlükəsizlik sahəsində “hərbi çətir” altında birləşdiyi halda enerji dəhlizlərinin qorunması, Zəngəzur xəttinin reallaşdırılması və Orta Dəhlizin qlobal ticarət marşrutuna çevrilməsi kimi strateji hədəflərə çatmaq mümkün olacaq.

“Regionda həyata keçirilən mühüm infrastruktur və enerji layihələrinin qorunması üçün mütəşəkkil təhlükəsizlik mexanizminin yaradılması artıq zərurətə çevrilib. Prezident İlham Əliyevin bu sahəyə real yanaşması ilə Prezident Ərdoğanın qlobal vizyonu birləşdikdə ortaya aydın nəticə çıxır: Türk dünyası öz taleyinə sahib çıxan kollektiv güc mərkəzi qurmaq mərhələsinə daxil olur”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı yalnız iqtisadi və siyasi platforma kimi deyil, qarşılıqlı etimada əsaslanan real təhlükəsizlik mərkəzinə çevrilməlidir: “Ortaq müdafiə, birgə hərbi təlimlər və koordinasiyalı kəşfiyyat əməkdaşlığı artıq zamanın tələbidir. Bu proses bəzi qlobal güclərin maraqlarına uyğun olmasa da, Türk dünyası üçün bu, tarixi zərurətdir”.

Emre Diner sonda qeyd edib ki, bu proses hansı ad altında həyata keçirilməsindən asılı olmayaraq, - istər “Türk təhlükəsizlik modeli”, istərsə də “Türk müdafiə platforması”, - artıq gecikdirilə bilməyəcək reallıqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!