03 Mart 2026 08:00
169
SİYASƏT
A- A+
Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!


"Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik - Azərbaycan dövləti".

İlham ƏLİYEV


"Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi".

İlham ƏLİYEV


"Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdir".

İlham ƏLİYEV


"Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi".

İlham ƏLİYEV


Düşmən anlayışı mürəkkəb və çoxcəhətlidir. 

Düşmənlərin düşmənçilik niyyəti ilə istifadə etdikləri üsul və metodlar da müxtəlif və rəngarəngdir. 

Düşmənlərin davranışları da bir-birindən fərqlidir.

MƏSƏLƏN:

Bir var açıq düşmənçilik...

Belədə kimsə əlinə silah götürərək üstünə gəlir, səni öldürmək, torpağına, maddi və mənəvi sərvətlərinə sahib çıxmaq, özünə tabe etmək istəyir.

Öz ağzı ilə hürür, yoxsa arxasında duranı, silah-sursat, hərbi-maliyyə yardımı göstərərək hürdürəni var - bu, ayrı bir məsələdir.

Bir də var üzünə gülərək arxadan kürəyinə bıçaq saplamaq istəyənlər...

Bunlar daha təhlükəlidirlər.

Çünki nə vaxt və haradan zərbə vuracaqlarını əvvəlcədən təyin etmək çətin olur.

Bir də var satılmışlar, xəyanətkarlar...

Adları  azərbaycanlı olub, özləri səninlə bir torpaqda doğulsalar da, bir Vətənin övladı sayılsalar da, içləri düşməndən də betər murdar olur.

Belələrinin içərimizdə yaşayanları da, xaricə gedənləri də var.

Özləri özlərini "müxalifət", "bloqçu", nə bilim "azadlıq", "demokratiya" uğrunda "mübarizlər" adlandırsalar da (kasıb itinin adını "qızıl" qoyan kimi), mahiyyətləri xəyanət və satqınlıqla yoğrulmuşlardır!

Bir tikə çörək üçün Vətəni satanlardır.

Pula, yaxşı dolanışığa görə namus, qeyrət, şərəf və ləyaqətdən əl çəkənlərdir.

Belələri üçün həyatda müqəddəs heç nə olmur:

* Nə şəxsiyyətləri

* Nə mənlikləri

* Nə kişilikləri

* Nə qadınlara xas abır-həyaları

* Nə ailələri olur, nə ana-bacı namusu çəkirlər.

* Nə ata-ana tanıyır, nə də hansı xalqdan və millətdən əmələ gəldiklərini dərk edirlər.

Yalnız qorxu hissləri olur:

* Birdən ağaları onlardan imtina edərlər.

* Birdən daha pul və sifariş verməzlər.

* Birdən keçmiş vətənlərinə geri qaytararlar.

Hətta bunları yuxuda gördükdə belə qorxudan dodaqları yeddi yerdən çatlayır.

Artıq onlar insan deyillər, robotlardır.

Eyni proqramla işləyən robotlar.

* Dayanmadan Azərbaycana qarşı düşmənçilik edirlər.

* Dayanmadan kin və nifrətlərini Azərbaycan adlı müstəqil dövlətə tökürlər.

* Dayanmadan Azərbaycanın yaxşısını qoyub, pis cəhətdən qələmə verməyə çalışırlar.

* Dayanmadan ermənidən artıq erməni, düşməndən artıq düşmənçilik edirlər.

MƏQSƏDLƏRİ NƏDİR?

* Bilirlər ki, sözlə Azərbaycana heç nə edə bilməyəcəklər.

* Bilirlər ki, düşmənçiliklə bizi yolumuzdan döndərə bilməyəcəklər.

* Bilirlər ki, sayları indikindən yüz dəfə də çox olsa, yenə heç nədirlər.

* İstədikləri odur ki, Azərbaycanın böyük düşmənləri onların timsalında "vətən murdarları"ndan daim istifadə etsinlər.

* İstəyirlər ki, murdar ömürlərini keçmiş vətənlərinə xəyanətlə birtəhər başa vursunlar.

* İstəyirlər ki, satqınlıqdan gələn gəlirləri kəsilməsin.

Qeyrətə, şərəfə yox, qarınlarına xidmət edirlər.

***

Düşmənlərimiz İlham Əliyevə onun uğurlarını heç vəchlə bağışlaya bilmirlər.

* Əslində, bu uğurlar doğma Azərbaycanımızın uğurlarıdır!

* Əslində, bu uğurlar Azərbaycanı inkişaf etdirir, yüksəldir!

* Əslində, bu uğurlar düşmənlərimizin Azərbaycana qarşı düşmənçilik niyyət və hərəkətlərini heçə çıxarır!

Azərbaycanın zəngin karbohidrogen ehtiyatları, digər yeraltı və yerüstü sərvətləri, əlverişli geosiyasi mövqeyi hər zaman çoxlarının ağzını sulandırıb.

Uzun illərboyu ondan bəhrələnənlər də olub.

Hətta bu sərvətlərə sahibliklərini əbədiliyə çevirməkdən ötrü "Qarabağ problemi" adlı bir məkrli oyun da düşünüb qurublar, öz torpaqlarımızda, öz içimizdə bizə düşmən olanları zorla yerləşdirərək bizə qarşı təzyiq alətinə çeviriblər.

Müstəqillik niyyətinə düşdükdə, öz sərvətlərimizə özümüz sahiblik etmək istədikdə münaqişə və müharibə ocağı qalayıblar, alətə çevirdikləri milləti qabağa verərək torpaqlarımızı işğal ediblər, daxilimizdə separatçı qüvvələr yetişdiriblər, onları silahlandırıblar, hərbi cəhətdən bütün yardımları göstərərək torpaqlarımızı işğal ediblər.

İçimizdə "5-ci kolon" adlı satqınlar dəstəsi də təşkil ediblər, onların vasitəsilə daxili sabitliyimizi pozaraq dəfələrlə dövlət çevrilişinə, hakimiyyət dəyişikliyinə cəhdlər ediblər.

İki əsr ərzində ən murdar üsul və vasitələrlə sərvətlərimizi mənimsəyib, torpaqlarımızı əlimizdən alaraq ermənilərə bağışlayıb, özümüzü isə dədə-baba ərazilərimizdən deportasiya edərək maddi və mənəvi abidələrimizi məhv ediblər.

Hər şeyin başlanğıcı olduğu kimi, sonu da olur.

Xalqlar həbsxanasına çevrilən qırmızı imperiya çürüyərək dağıldıqdan sonra uzun illər Moskvanın itaətində olan respublikalar dövlət müstəqilliyi qazanmağa başladılar.

Lakin Kreml öz müstəmləkə siyasətini başqa formada davam etdirmək fikrindən daşınmırdı.

Gah MDB yaradırdı, gah KTMT, gah da Avrasiya İqtisadi Birliyi...

Yenə də özünü "böyük qardaş" kimi aparır, yenə də imperiya ədası ilə davranırdı...

Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdaraq müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirdikdən sonra "Əsrin müqaviləsi", BTC kimi nəhəng transmilli layihələri gerçəkləşdirərək ölkənin karbohidrogen ehtiyatlarına sahibliyini təmin etdikdən, müstəqil Azərbaycanın davamlı və sürətli inkişafını daim təmin edəcək siyasi kurs hazırladıqdan sonra "köhnə münasibətlər" heç nəyə yaramadı.

Moskvanın əli "köhnə rıçaq"lardan çıxdığından yenə "köhnə, məkrli planına əl atdı.

Ermənistana dəfələrlə milyardlarla dollar məbləğində silah-sursat bağışlayaraq 102-ci hərbi hissəni erməni separatçılarının sərəncamına verməklə ərazimizin iyirmi faizinin işğalına nail oldu...

Cənab İlham Əliyev Azərbaycana rəhbər seçildikdən sonra ölkənin inkişafının və işğal altındakı torpaqların azad edilməsinin yeni dövrü başladı.

***

* Azərbaycan Prezidenti İlham Əliyev müdrik insan, uzaqgörən siyasətçi, mahir diplomatdır!

* Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli lider, görkəmli sərkərdə, möhkəm iradə sahibidir!

* Azərbaycan Prezidenti İlham Əliyev verdiyi sözə daim əməl edən, dediyinin üstündə duran, həmişə doğru, açıq və səmimi danışandır!

* Azərbaycan Prezidenti İlham Əliyev nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilir!

* Azərbaycan Prezidenti İlham Əliyev atdığı hər addımı irəlicədən dəqiqliklə ölçüb-biçir, bütün çətinlik və gözlənilməzlikləri irəlicədən görərək nəzərə alır, ən doğru və müdrik qərarlar qəbul edir!

Düşmənlərimiz bunları da ona bağışlaya bilmirlər!

İlham Əliyev açıq döyüşür, kişi kimi döyüşür, mərdliklə qələbələr qazanır!

Arxadan zərbə vuranlar, üzə gülərək daldada quyu qazanlar onun halal qələbələrini həzm edə bilmirlər!

Dediklərimizi 44 günlük Zəfər müharibəsinin və ondan sonra baş verən inqilabi, misli görünməmiş dəyişikliklərin timsalında nəzərdən keçirək.

İlham Əliyev açıq  şəkildə bəyan etmişdi:

* Azərbaycan bir qarış torpağını da kimsəyə güzəştə getməyəcəkdir!

* Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!

* Azərbaycan hansı vasitələrlə olursa-olsun öz torpaqlarını işğaldan azad edəcəkdir!

Azərbaycan xalqı öz rəhbərinə inanır, onun ətrafında sıx birləşərək verəcəyi "İrəli" əmrini gözləyirdi!

İkili standartlar dünyası isə buna inanmırdı...

* Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə havadan asılı vəziyyətdə qalmışdı...

* Çünki beynəlxalq hüquq ayaqlar altında tapdanırdı...

* Çünki beynəlxalq qurum və təşkilatlar ədaləti, Azərbaycanın haqq işini müdafiə etmirdilər, dünya erməniliyinin verdiyi pullu sifarişləri yerinə yetirirdilər.

Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupu isə dünya erməniliyinin təsiri altına düşərək ermənilərin başını sığallamaqla, sülh danışıqlarını sonsuzadək uzatmaqla məşğul olurdu.

Həmsədr dövlətlərin hərəsi bir üsulla erməni maraqlarını təmin etməklə "erməni borcu"ndan çıxmağa çalışırdı.

* 1993-cü ildə ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişi qəbul edərək işğalçı Ermənistanı yox, ərazisi işğala məruz qalan Azərbaycanı cəzalandırdı.

* Co Bayden 2021-ci ilin aprel çıxışında "erməni soyqırımı" ifadəsini işlədərək erməni diasporunun ona verdiyi "səs borcu"ndan çıxdı.

* Gethagetdə isə Ermənistanla strateji tərəfdaşlıq barədə memorandum imzaladı.

Fransa Prezidenti Makron isə öz dövlətinin milli maraqlarını erməni maraqlarına qurban verdiyindən Fransanın ən hörmətsiz prezidentinə çevrildi.

Rusiya isə Ermənistanın rəhbəri N.Paşinyanın Qərbə doğru üz tutmasını haylara heç cürə bağışlaya bilmir. 

Rusiya Azərbaycana da çox şeyi bağışlamır.

MƏSƏLƏN:

Azərbaycan Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən tam müstəqil, milli maraqlarımıza söykənən daxili və xarici siyasət yürütməyə başladı.

Yaxın qonşusu sayılan Rusiya ilə də mehriban, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurdu.

Cənab İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyini daim açıq şəkildə bildirirdi.

Dördgünlük Aprel müharibəsində bu niyyətləri və hərbi gücünü açıq şəkildə nümayiş etdirdi.

Lakin nə Ermənistan, nə də onun havadarları bu xəbərdarlıqdan lazımi nəticə çıxardılar.

Əksinə, Ermənistanın yeni baş naziri N.Paşinyan içib sərxoş olaraq Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" deməklə sülh danışıqlarının mənasızlığını ortaya qoydu.

Azərbaycan Prezidenti İlham Əliyev onun bu sərsəmləməsini cavabsız qoymadı.

Əvvəlcə "Valday" Beynəlxalq Diskussiya Klubunda, sonra isə Münxen Təhlükəsizlik Konfransında çıxış edərək bu sərsəmləmənin cavabını verdi: "Qarabağ Azərbaycandır və nida işarəsi".

Daha sonra azğınlaşmış düşmənə əsl həqiqətləri başa salmaqdan ötrü əməli addımlara keçdi.


(Ardı var)



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!