04 Mart 2026 08:35
340
SİYASƏT
A- A+
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir


Azərbaycan-ABŞ münasibətlərinin inkişafı və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar fonunda 907-ci düzəlişin tam ləğvi məsələsi yenidən aktuallaşıb. Uzun illərdir müzakirə mövzusu olan bu məhdudiyyət regionda yaranan yeni reallıqlar və strateji tərəfdaşlıq prinsipləri ilə artıq uzlaşmır.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, 907-ci düzəliş ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırmaq məqsədilə qəbul edilib və həmin dövrdə regionda davam edən münaqişə və qeyri-sabitlik şəraiti bu qərarın əsaslandırılması kimi təqdim olunurdu: "Amma bu iddiaların heç bir məntiqi əsası yox idi. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda siyasi və hərbi vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regionda yeni əməkdaşlıq platformaları formalaşıb və nəqliyyat-kommunikasiya xətləri üzrə perspektivlər genişlənib. Bu kontekstdə 907-ci düzəlişin qüvvədə saxlanması ikitərəfli münasibətlərin ruhuna uyğun gəlmir".

Deputat xatırladıb ki, 907-ci düzəlişin icrasının dayandırılması ölkəmiz üçün ən böyük siyasi uğurlardan biridir. Azərbaycan hər zaman bu sənədi çox böyük ədalətsizlik hesab edib. İşğala və etnik təmizləməyə məruz qalan ölkəyə qarşı belə bir qərəzli addımın atılması yolverilməz idi. Ermənistana qarşı hər hansı blokadadan söhbət getmədiyi halda, ölkəmizə qarşı belə bir qərəzli yanaşma sərgilənmişdi. Prezident İlham Əliyev dəfələrlə Azərbaycana hər zaman ehtiyac olacağını ovaxtkı administrasiyanın yüksəkvəzifəli şəxslərinə çatdırmışdı.

N.Məmmədova deyib ki, bu gün Azərbaycan kifayət qədər etibarlı və vacib tərəfdaşdır: "Blokada" iddiasına gəlincə, cənab Prezidentin də söylədiyi kimi, nə o vaxt blokada var idi, nə də bu gün. "Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıqdır və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu, hazırda yoxdur", - deyə deputat bildirib.

O qeyd edib ki, rəsmi Bakı Konqres tərəfindən bu absurd düzəlişin tamamilə aradan qaldırılmasını gözləyir. Bu addım həm də ABŞ-nin regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacaq. ABŞ-də də praqmatik siyasətçilər hesab edirlər ki, hazırkı məhdudiyyətlər mövcud reallıqlara uyğun deyil və tərəfdaşlıq əlaqələrinə əngəl törədir. Azərbaycanın enerji təhlükəsizliyi, regional stabillik və antiterror sahəsində ABŞ üçün strateji tərəfdaş olması nəzərə alınarsa, 907-ci düzəlişin saxlanması məqsədəuyğun deyil.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

11:31
06 Mart

Hərbi Hava Qüvvələrində Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

11:02
06 Mart

Vəkillər Kollegiyasının 12 üzvü mükafatlandırılıb, 1-i kollegiyadan xaric edilib, 3-ü cərimələnib  

11:00
06 Mart

Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib

10:39
06 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:16
06 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:15
06 Mart

Azərbaycan nefti 7 faizədək bahalaşıb

10:11
06 Mart

Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib

09:37
06 Mart

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

09:36
06 Mart

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır

09:28
06 Mart

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

09:05
06 Mart

Əlişir Nəvai: bütün zamanların söz memarı

09:00
06 Mart

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

08:55
06 Mart

Azərbaycanın rəqəmsal gələcəyi

08:50
06 Mart

Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır

08:45
06 Mart

Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi

08:40
06 Mart

Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək

08:35
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!