04 Mart 2026 08:20
148
SİYASƏT
A- A+
Azərbaycan sabitliyin unikal məkanıdır

Azərbaycan sabitliyin unikal məkanıdır


Azərbaycan Respublikası ümumbəşəri dəyərləri rəhbər tutaraq müharibələri başqa ölkələrin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi konstitusion qaydada rədd edir. Lakin ölkəmiz eyni zamanda ötən dövrün təcrübəsinə əsaslanaraq onun da fərqindədir ki, bu gün heç də dünya nizamı beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurulmayıb və bir çox hallarda hüququn gücünü gücün hüququ əvəzləyir. Bu isə o deməkdir ki, dövlət nə qədər beynəlxalq hüququn ümumtanınmış prinsiplərini rəhbər tutsa da, ilk növbədə, suverenliyinin, müstəqilliyinin və gələcək rifahının təmini naminə güclü olmalıdır. Çox təəssüflər olsun ki, ən azı 30 illik təcrübədə biz güc və hüquq balansında ədalətsizliyin birbaşa şahidi olmuşuq. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyev və onun layiqli siyasi varisi Prezident İlham Əliyev bu reallıqların fərqində idi. Ötən dövr ərzində nə qədər sülhə, beynəlxalq hüquqa və dialoq mühitinə sədaqətimizi qorumağa çalışsaq da, güc elementinin daha çox önə çıxdığına şahidlik edərək ölkəmizin və xalqımızın maraq və mənafelərinin təmini və müdafiəsi naminə hərtərəfli inkişaf strategiyasına start verilmişdi: "1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələrkən əvvəlki hakimiyyətin səbatsızlığı, idarəetmədə buraxılan boşluqlar, o cümlədən bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da müşahidə olunan hərc-mərclik fonunda inkişaf yolu seçmək və iqtisadi inkişafa nail olmaq, təbii ki, sadə məsələ deyildi. O cümlədən 1600 faizlik inflyasiya, ciddi ərzaq çatışmazlığı, habelə iş yerlərinin olmaması şəraitində dövlətin suverenliyi və hərbi-siyasi gücü naminə addımlar atmaq, bu qəbildən ordu quruculuğunu həyata keçirmək, sərhəd bütövlüyünün təmini istiqamətində işlər aparmaq, demək olar ki, mümkünsüz görünən yol xəritəsi sayıla bilərdi. Lakin Ulu Öndərin qətiyyətli davranışı, ölkədə hərc-mərcliyə son qoyması, ikitərəfli və çoxtərəfli münasibətlər qurmaqla Azərbaycanı beynəlxalq birliyin bərabərhüquqlu üzvü qismində təqdim edə bilməsi, xüsusən "Əsrin kontraktı"nın imzalanması Azərbaycanın real müstəqilliyi və köklü dövlət quruculuğu prosesləri üçün bazis rolunu oynadı. Ulu Öndərin Azərbaycanda başıpozuq dəstələri sıradan çıxarması, vahid ordu quruculuğu prosesinə start verməsi, o cümlədən Silahlı Qüvvələrdə islahatların başlanmasına nail olması ölkəmiz üçün yeni dövr başlatdı. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi, müstəqilliyin bütün çalarlarının daha da möhkəmləndirilməsi, o cümlədən tam iqtisadi müstəqilliyə nail olması, ordu quruculuğu sahəsində Azərbaycan dövlətçilik tarixinin ən irimiqyaslı islahatlarını həyata keçirməsi, qlobal miqyasda infrastruktur layihələrini çoxsaylı maneələrə baxmayaraq, Azərbaycanın öz gücü hesabına reallaşdıra bilməsi, habelə milli kimliyə bağlı, vətəni və torpağı üçün hər bir fədakarlığa hazır gəncliyin yetişdirilməsi dövlətçilik tariximizin yeni dövrünü başlatdı". 

Deputat qeyd edib ki, dövlət başçısının bu il fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılışındakı çıxışı zamanı da ifadə etdiyi kimi: "Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq - həm ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq və mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq".

B.Məhərrəmov deyib ki, ölkəmizin Vətən müharibəsi və antiterror tədbirlərində tarixi zəfəri, suverenliyimizin və sərhəd bütövlüyümüzün, o cümlədən müstəqilliyimiz üzərində təsir rıçaqları kimi çıxış edə biləcək elementlərin aradan qaldırılmasının təmin olunması Azərbaycana Cənubi Qafqaz kimi mürəkkəb bir bölgədə təhlükəsizlik adasına çevrilməyə imkan verib: "Nəticədə, dövlət başçımızın təbirincə desək, dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bu gün Azərbaycan regionda özünü təhlükəsiz ölkə kimi güc və imkanları hesabına təsdiq edib. Cənab İlham Əliyevin qətiyyəti hesabına zamanında reallaşan layihələr, habelə ölkəmizin Orta dəhlizin vacib seqmenti kimi öz rolunu Zəngəzur dəhlizinin simasında daha da artırmaq perspektivi, nəticə etibarilə qlobal iqtisadi maraqların regionumuzda bərabərhüquqlu əsasda uzlaşdırılmasına gətirib çıxarıb". 

Deputat vurğulayıb ki, bir zamanlar bu bölgənin coğrafi imkanları və təbii sərvətləri uğrunda mübarizə aparan güclər özü məhz Prezident İlham Əliyevin uğurlu geosiyasi gedişləri və strateji addımları nəticəsində ən azı elə öz maraqları naminə hansısa münaqişənin əməkdaşlıqdan daha faydalı olmayacağına inanmağa başlayıblar. Bu gün istər şimal sərhədlərimiz boyu, istər cənub sərhədlərimizdə müharibələrin, çoxsaylı qırğınların, bəşəriyyət üçün təhdid sayılan silahların da tətbiq edilməsi ilə gərginləşən qarşıdurmaların fonunda Azərbaycanda sülhün, sabitliyin hökm sürməsi, ictimai qayda və təhlükəsizliyin tam mənada bərqərar olunması istər beynəlxalq münasibətlər sistemi üçün öyrəniləcək təcrübə olması baxımdan, istərsə də BMT Nizamnaməsində təsbit olunmuş insanların sülh və əməkdaşlıq şəraitində yaşaması hüququnun təmini baxımdan qlobal vizyon üçün ustad dərsi hesab edilə bilər. "Bu gün, nəticə etibarilə, Azərbaycan Respublikası ətraf regionlardan fərqli olaraq tam və qarantiyalı sülh şəraitində yaşayır. Bu reallığın ən qiymətli tərəfi isə ondan ibarətdir ki, prosesin hərəkətverici qüvvəsi və dayanıqlılığının təminatını hansısa kənar dövlət yox, məhz Azərbaycan Respublikası və şəxsən cənab İlham Əliyev həyata keçirir. Dövlət başçımızın özünün də ifadə etdiyi kimi, bu gün Azərbaycan elə bir qüdrətə sahibdir ki, heç bir beynəlxalq subyektin ölkəmizin hərbi-siyasi yolla yaratdığı bu reallığı, sülh və dayanıqlı sabitlik şəraitini dəyişməyə nə gücü, nə imkanı, nə də perspektivi var", - deyə B.Məhərrəmov əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!