№ 60
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467, № 9, maddələr 1090, 1100; 2025, № 8, maddə 802, № 9, maddə 879, № 10, maddə 972, № 12 (II kitab), maddələr 1214, 1257) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 11-1-ci hissəsindən “Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467, № 9, maddə 1100; 2025, № 9, maddə 879, № 10, maddə 972, № 12 (II kitab), maddələr 1214, 1257) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Turizm Departamentinin Aparatı” sözləri çıxarılsın.
3. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 yanvar tarixli 27 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 171 (Cild I) birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiri
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
Azərbaycan Turizm Bürosu İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 2 ” “ mart ” 2026-cı il