04 Mart 2026 01:13
1591
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə


№ 61


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 880 (Cild I); 2024, № 4, maddə 468) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın 1-ci hissəsinin yeddinci abzasında “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301, № 7, maddə 892, № 10, maddə 1160, № 11, maddə 1247; 2025, № 2, maddə 200, № 6, maddə 605, № 10, maddələr 967, 976, 982, № 11, maddə 1101; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 dekabr tarixli 403 nömrəli və 2026-cı il 21 yanvar tarixli 21 nömrəli qərarları) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.5-ci yarımbəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 319 (Cild I); 2024, № 4, maddə 454; 2025, № 6, maddə 598, № 10, maddə 982) ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın 2.1.3-cü yarımbəndində, 3.1-ci, 3.2-ci bəndlərində və 4.7-ci bəndinin birinci cümləsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 325 (Cild I); 2024, № 4, maddə 454; 2025, № 6, maddə 598, № 10, maddə 982) ilə təsdiq edilmiş “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2.1-ci yarımbənddə “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;

4.2. 9.3-cü bənddə “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.

5. “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 199 (Cild I) ləğv edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 2 ” “ mart ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada ənənəvi çörək istehlakı azalır

21:33
20 Aprel

D vitamini niyə vacibdir?

21:24
20 Aprel

Bəzi insanlar rəngləri “eşidir”, sözləri “dadır”

21:13
20 Aprel

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

21:03
20 Aprel

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

20:52
20 Aprel

“Threads” yenilənir

20:46
20 Aprel

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

20:41
20 Aprel

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

20:40
20 Aprel

İnsanabənzər robot rekord qırıb

20:36
20 Aprel

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

20:23
20 Aprel

“iPhone 18” bu rənglərdə ola bilər

20:17
20 Aprel

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

19:26
20 Aprel

Azərbaycanda xalça istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb

19:23
20 Aprel

İran Prezidenti: Müharibə heç kimə fayda vermir

19:16
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!