İndiki nəsil alman faşizmini keçmiş kino filmlərindən və bədii əsərlərdən tanıyır.
Onun XX-XXI əsr davamçısı sayılan erməni faşizminin isə əməllərindən və etdiklərindən şəxsən xəbərdardır!
Əvvəla, Qarabağda və Şərqi Zəngəzurda törədilən vəhşiliklərin və vandallıqların izləri bu gün də qalır, qarət edilərək dağıdılan, yandırılan yaşayış məntəqələrinin, barbarlığa məruz qalan mədəni, dini, tarixi abidələrin, altı üstünə çevrilən qəbiristanlıqların xarabalıqları hələ də durur.
Televiziya ekranlarına baxan, yaxud Qarabağa səfərə çıxan istənilən adam bütün bunları öz gözləri ilə görə bilər.
İkincisi, "miatsum" ideyası ilə çıxış edən erməni separatçılarının, terrorçularının, Azərbaycanı otuz ilədək işğalda saxlayan Ermənistanın qanunsuz hərbi birləşmələrinin tərkibində bizə qarşı vuruşanların, soyqırımlarının iştirakçılarının, "dqr" adlı qondarma quruma rəhbərlik edənlərin, "artsax" ordusunda xalqımıza qarşı olmazın vəhşiliklər törədənlərin, əsirlərə və girov düşmüş vətəndaşlara işgəncələr verənlərin, onlarla son dərəcə qəddarcasına rəftar edənlərin Bakıda keçirilən məhkəməsində açıq söhbət getdi, şahid qismində iştirak edən yüzlərlə azərbaycanlı başlarına gətirilən müsibətlər barədə konkret faktlar və hadisələr barədə məhkəməyə ifadə verərkən onlara qarşı törədilən vəhşilikləri, qəddar əməlləri bir-bir söylədilər, saysız-hesabsız misallar çəkdilər.
Həmin işgəncələr nəticəsində, habelə ermənilərin Azərbaycan ərazilərinə çoxsaylı hücumları, raket, mərmi, mina, iriçaplı silahlardan açılan atəşləri nəticəsində əsgər yoldaşlarının həlak olmaları, əzizlərini itirmələri, özlərinin yaralanaraq əlil qalmalarına dair çoxsaylı faktlar göstərdilər.
Bütün bunlar barədə Bakı Hərbi Məhkəməsində bir ildən çox müddətdə gedən məhkəmə prosesində açıq şəkildə danışıldı, şahidlər, sübutlar məhkəməyə təqdim olundu.
Beləliklə, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Manukyan, David Babayan, Levon Mnatsakanyan, Vasili Beqlaryan, Erik Qazaryan, Davit Allahverdiyan, Qurgen Stepanyan, Levon Balayan, Madat Babayan, Qarik Martirosyan, Melikset Paşayan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirdilər.
Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurdular.
2023-cü ilin 19-20 sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra həbs olunan bu şəxslərin məhkəməsi 2025-ci il yanvarın 17-dən başlayaraq, 2026-cı ilin 5 fevralında sona çatdı.
Cinayət işi üzrə bütövlükdə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri vardı!
***
Alman faşizmi ötən əsrin otuzuncu illərində Almaniyada hakimiyyəti ələ keçirərək ilk günlərdən militarist siyasəti yürütməyə, İkinci Dünya müharibəsinin alovlarında Avropanı yandıraraq dağıtmağa başladı.
Hitler faşizmi insanlığa qarşı ən ağır cinayətlər törədənlərdən biri sayılır.
Müharibə cəbhəsində törədilən qırğınlardan başqa, onlar insanları ən qəddar və "yeni üsul"larla qətlə yetirmənin "nümunə"lərini də yaratdılar:
ƏSİR GÖTÜRDÜKLƏRİ İNSANLARI:
* Hərbi əsirləri düşərgələrdə ən ağır şəraitdə, yarıac saxlayaraq gecə-gündüz işlədirdilər;
* Onlarla qeyri-insani şəkildə rəftar edir, amansızlıqla döyürdülər;
* Əsirlərdən qaçan olanda yerdə qalanları mühakiməsiz - filansız güllələyirdilər;
* Krematoriya sobaları quraraq ölənləri, bəzən yarımcanları belə orada yandırırdılar;
* İnsanları xüsusi, hermetik kameralara dolduraraq zəhərli qazlarla boğub öldürürdülər;
* İnsanlar üzərində dəhşətli tibbi eksperimentlər aparırdılar;
* Narkozsuz ağır cərrahi əməliyyatlar edirdilər.
Özlərini ali irq sayan faşistlər digərlərinə heç bir dəyəri olmayan, adi əşyadan seçilməyən münasibət bəsləyirdilər.
***
Ermənilər də bu gün ideallaşdırdıqları faşist qardaşlarından fərqlənmirlər və hər iki Qarabağ müharibəsində bunu dəfələrlə əyani şəkildə göstərdilər:
* İşğal etdikləri Azərbaycana məxsus ərazilərdə etnik təmizləmə apardılar;
* Ələ keçirdikləri silahlı, yaxud mülki insanlara eyni münasibət göstərdilər, işgəncələrə məruz qoydular;
* İnsanları döyə-döyə öldürdülər;
* Ac saxlayaraq, yaralılara heç bir yardım göstərmədən ölümlərinə səbəb oldular;
* Erməni qəbirləri üzərində əsir azərbaycanlıları başlarını kəsərək qətlə yetirdilər;
* Sağlam adamları, hətta uşaqları belə öldürərək daxili orqanlarını transplantasiya etməklə yeni alver növü yaratdılar;
* Mülki girovları geri qaytarmaqdan ötrü sahibindən böyük məbləğdə pul alınmasını adi qaydaya çevirdilər;
* Həm dirilərin, həm də ölmüş insanların kəlbətinlə qızıl dişlərini çıxarıb mənimsədilər;
* Qəbiristanlıqlarımızı dağıtdılar, mərmər başdaşlarını söküb üstündəki yazıları və şəkilləri silərək öz qəbirlərinə qoydular, yaxud Ermənistana aparıb sataraq pul qazandılar;
* Qəbirlərin dəmir cağlarını oğurlayaraq İran bazarlarında satdılar;
* Evlərimizi sökərək əldə olunan dəmir, daş, taxta, şüşə materiallarını İrana apararaq dəyər-dəyməzinə satdılar;
* Qoz meşələrimizi ucdantutma qıraraq parket hazırlamaqla Avropa bazarlarına çıxardılar;
* Meyvə bağlarımızı qırdılar, çaylarımızı zəhərlədilər;
* Faydalı qazıntı yataqlarımızı istismar etdilər, xarici şirkətlərə icarəyə verdilər, qiymətli metalları satıb pula çevirdilər.
* Məscidlərimizi dağıtdılar, orada mal-qara, donuz saxlayaraq dinimizi təhqir etdilər;
* Mədəni, tarixi abidələrimizi, müqəddəs pir və ocaqları yerlə yeksan etdilər;
* Şəhər və qəsəbələrin küçələrini qazaraq su və kanalizasiya borularını çıxardılar, dəmir materialları satsalar da, xəndəkləri açıq qoydular;
* Şüurlu şəkildə urbisid, genosid, ekosid törətdilər.
***
Bu gün ermənilər faşizmə pərəstiş yolunu tutublar.
Ermənistan rəhbərliyi İkinci Dünya müharibəsində Hitler ordusu tərəfində vuruşaraq ruslara, habelə o vaxt sovet ordusunda döyüşən bütün millətlərə, hətta erməniəsilli əsgərlərə belə zərbələr vurub tələfat yaşadan Njdeyə İrəvanda altımetrlik abidə ucaldıb.
Erməni xalqı faşist abidəsini daim ziyarət edərək ona ehtiram göstərir, əməllərini təkrar edir, bizə qarşı qisasçılıq hissi bəsləyir.
XX əsrin birinci yarısından başlayaraq, Avropanın və bütövlükdə bəşəriyyətin tarixində dərin izlər buraxan faşist hərəkatı və ideologiyası insanların yaddaşında qəddarlıq, zorakılıq, irqçilik və totalitar hakimiyyətin simvolu kimi qalmışdır.
Faşistlər tarixin səhifələrinə bir qaranlıq, qanlı, insanlıq əleyhinə cinayətlər toplusu kimi yazılıb.
Onların yaratdığı rejimlər milyonlarla insanın faciəsinə, yüzlərlə yaşayış məntəqənin məhvinə səbəb olub.
Faşist ideologiyası avtoritarizm, totalitarizm, ultramillətçilik və militarizm elementləri üzərində qurulub.
Faşistlər qeyri-almanları sevmirdilər.
Erməni faşistləri də eyni yolla gedərək monoetnik Ermənistan yaratdılar, Azərbaycan xalqına nifrətlərini hər iki Qarabağ müharibəsində və otuzillik işğal dövründə müxtəlif üsul və vasitələrlə, əyani şəkildə nümayiş etdirdilər.
Faşizmin sonu Hitlerin məhvi və Nürnberq prosesi ilə başa çatdı.
Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Beynəlxalq Hərbi Tribunal tərəfindən keçirilən məhkəmə və onun çıxardığı hökmlər dünya ədalət tarixinə yazılmışdır.
Faşist Almaniyasının ali dövlət və hərbi xadimləri üzərində aparılan prosesdə bir vaxtlar Avropa dövlətlərinə və vətəndaşlarına qan udduranlar hərbi əsirləri öldürmək, onlara işgəncələr vermək, mülki əhalini qırmaq, ictimai və şəxsi mülkiyyəti talan etmək, qul əməyi sistemi yaratmaqda və digər cinayətlərdə ittiham edilmişlər.
Prosesin gedişində 403 açıq məhkəmə iclası keçirilmiş, 116 şahid dindirilmiş, çoxsaylı yazılı ifadələrə və sənədli sübutlara baxılmışdır.
Alman faşizminə son qoyulsa da, müxtəlif dövrlərdə və müxtəlif ölkələrin ərazilərində faşizmi müxtəlif formada və adda diriltmək cəhdləri olsa da, həmin dövlətlərdəki sağlam qüvvələrin və dünyanın təpkisi sayəsində qarşısı qətiyyətlə alınmışdır.
***
Bakı prosesində fərqli bir cəhət müşahidə olunurdu.
Burada paralel olaraq Rusiya vətəndaşlığından imtina etmiş, çirkli pulların yuyulması və digər çirkli əməliyyatlarla milyarder olmuş Ruben Vardanyan da mühakimə edilirdi.
Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də saxlanılmış və məhkəməsi 2025-ci il yanvarın 17-dən başlamışdır.
Ruben Vardanyanın qeyri-qanuni şəkildə Azərbaycan sərhədini keçərək Qarabağda peyda olmasını "köhnə ssenari"nin uğursuz təkrarı da saymaq mümkündür.
Ruben Vardanyan aldanmış "kəvakib"lərdəndir.
Çünki burada uğur qazanacağı təqdirdə Ermənistanın prezidenti seçiləcəkdi!
Azərbaycanın xalq məsəlində deyildiyi kimi, gəlmişdi kabab iyinə, amma eşşək dağlanmasını gördü!
Ona əyri yollarla pul qazandıranlar əmr etmişdilər ki, Qarabağa gəlsin, buradakı separatçıları maliyyələşdirərək onlara dəstək dursun, "artsax"ı möhkəmləndirsin, onun prezidenti olsun, sonra "köhnə marşrut"la hərəkət edəcəkdi...
Koçaryan və Sərkisyan kimi buradan Ermənistan rəhbərliyinə gedəcəkdi!
Ermənistana başçılıq edəndə isə köhnə qayda ilə, yəni diaspor və Avropa İttifaqının, ABŞ-nin verdiyi yardımlarla Qarabağda xərclədiklərinin əvəzini çıxacaqdı...
Gürcüstanda uğurla keçən bu ssenari Azərbaycanda baş tutmadı!
"Dəmir yumruq" bütün məkrli planları pozdu!
44 günlük müharibədə qazanılan zəfər, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası "artsax"ı da sarsaq vəziyyətinə saldı, onun təşkilatçılarını və bel bağlayanlarını da!
Gözdən pərdə asmaq üçün Rusiya vətəndaşlığından çıxan Vardanyan ortalıqda gülünc vəziyyətdə qaldı.
Rusiya daha ona arxa dura bilmir!
Nə dərdinə qalıb, indi onun heç nəyidir!
Ermənistan isə yaxın qoymur!
Çünki Ermənistanda çevriliş edərək hakimiyyəti ələ keçirmək niyyətindəydi!
Azərbaycan isə bu milyardlara sahib ağılsız və alət insana, həm yaşamağa yer verir, həm yeməyə yemək, həm də istədiyi qədər isti çay!
Özü də "armudu istəkan"da!
Həm də ədalət məhkəməsi qarşısında, şahidlərin iştirakı və ifadələri ilə elədiklərinin hesabını sordu.
Doğrudur, suallara cavab vermədi!
Çünki deyəcək sözü, əməllərinə haqq qazandıracaq faktları, sübutları yox idi!
Cəzası isə qaçılmaz oldu!
Əməllərini sübut edəcək kifayət qədər şahid ifadələri, sənədlər vardır.
Özünü "lallığ"a qoyması mənasız və əhəmiyyətsizdir!
Hərdənbir hakimlər heyətinə etirazları kimi!
Məhkəmədə kimə, nəyə etiraz etsən, onu faktlarla, dəlillərlə, sübutlarla əsaslandırmalısan!
Bunlar yoxdursa, etiraz da boş şeydir!
Necə ki, oldu!
Nəticə isə ədalətli və törədilən əməllərə müvafiqdir:
20 illik həbs cəzası!
(Ardı var)
Bəxtiyar SADIQOV