27 Fevral 2026 08:00
3357
SİYASƏT
A- A+
"Özümüzü xoşbəxt hiss edirik"

"Özümüzü xoşbəxt hiss edirik"


Prezident İlham Əliyevin doğma yurdlarında Xocavənd sakinləri ilə görüşü duyğulu anlarla yadda qaldı


"Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq".

Fevralın 25-də Xocavənd sakinləri ilə görüşüb söhbət edən zaman Prezident İlham Əliyevin söylədiyi kimi, böyük Zəfər sayəsində torpaqlarımız işğaldan azad edildi. 2023-cü ildə keçirilən antiterror tədbirləri sayəsində dövlət suverenliyimiz təmin olundu. Qalib sərkərdə İlham Əliyevin Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Xankəndidə ucaltdığı dövlət bayrağımız bu yurdların əzəli və əbədi Azərbaycan torpağı olduğunu bir daha dünyaya bəyan etdi. 


Zəfər salnaməsinin qayıdış səhifəsi


Qarabağ Zəfəri Azərbaycan tarixində yeni və parlaq era açıb. İşğaldan azad edilən ərazilərə Böyük qayıdış isə bu qürurlu salnamənin ən yaddaqalan səhifələrindəndir. Bu gün keçmiş məcburi köçkünlərin qayıdış köçləri ilə el-obalarına dönmələri dirçəliş dastanı kimi tarixə həkk olunur. 

Düz üç onillik boyu yurdlarından ayrı qalan bu insanlar ürəklərində vətən nisgili daşıdılar, maddi-mənəvi məhrumiyyətlərə düçar oldular, çadırlarda, vaqonlarda, yataqxanalarda acınacaqlı şəraitlərdə yaşadılar. Lakin heç zaman dədə-baba torpaqlarına dönəcəkləri ümidlərini itirmədilər. Bildilər ki, bir gün mütləq yenidən Şuşaya, Laçına, Ağdama, Kəlbəcərə, Xocalıya, Xankəndiyə... qayıdacaqlar... 

Budur, artıq o tarixi an yetişib. İndi keçmiş məcburi köçkünlər bir zamanlar  böyük əzablarla ağlaya-ağlaya tərk etdikləri yurdlarına gülə-gülə qayıdırlar. Sevinclə qədəm qoyduqları yeni evlərində xoşbəxt həyata başlayırlar. 

Tarixi torpaqlarımızın azadlığa qovuşmasından sonra mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edən Prezident İlham Əliyev həm burada həyata keçirilən quruculuq və bərpa işləri ilə tanış olur, açılışlar edir, yeni təməllər qoyur, həm də el-obalarına dönən keçmiş məcburi köçkünlərlə evlərində görüşür, onların yurd sevinclərini bölüşür. Dövlət başçısı sakinlərlə səmimi söhbət edərək onların hazırkı yaşayış şəraiti ilə yaxından maraqlanır, qayıdış sevinclərinə şərik olur. Prezidentin keçmiş məcburi köçkünlərlə sadə, səmimi ünsiyyəti illərlə çəkilən əzabların  unudulmadığını, bu, vətəndaşlarımızın hər birinin rifahının daim dövlətimizin, şəxsən cənab İlham Əliyevin diqqətində olduğunu göstərir. 


Xocavəndə dönüş sevinci


Bu günlərdə xocavəndlilər də yurda qayıdış sevinci içərisindədirlər. Fevralın 20-də Xocavənd şəhəri və Xocavənd kəndi ilk köç karvanını qarşılayıb. İlkin mərhələdə Xocavənd şəhərinə 50 ailə - 194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.   Fevralın 25-də Xocavənd şəhər və Xocavənd kənd sakinləri Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın timsalında doğma evlərində əziz qonaqlarını qarşıladılar. 

Prezident İlham Əliyevin Xocavənddə sakinlərlə görüşü zamanı yaşanan o səmimi anlar, sadəcə bir dövlət tədbiri deyil, bütöv bir xalqın qürur və sevinc dolu qayıdış tablosu kimi yaddaşlara həkk olundu. 

Ölkəmizin rəhbəri sakinlərlə görüşü zamanı dedi: "Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız". 

"Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir", - deyə dövlətimizin başçısı vurğuladı. 

Xocavənddə səmimi dialoqlarla yaddaşlara yazılan bu görüş zamanı qürur, sevinc və duyğu dolu anlar yaşandı. Cənab İlham Əliyevi böyük sevgi ilə qarşılayan xocavəndlilərin gözlərindəki sevinc parıltısı illərdir həsrətini çəkdikləri torpağa qovuşmağın, öz evlərində təhlükəsiz və azad yaşamağın verdiyi daxili rahatlıq idi. Dövlət başçısının hər bir sakinə göstərdiyi  diqqət və "Siz artıq öz evinizdəsiniz" mesajı bu sevincin təcəssümü oldu.  

Sakinlərin Prezidentə xitabən səsləndirdikləri "Cənab Prezident, neçə illər arzusunda olduğumuz, həsrətini çəkdiyimiz Xocavənd torpağında salamlayıram Sizi. Elimizə-obamıza, dədə-baba yurdumuza xoş gəlmisiniz!", "Sizin sayənizdə alınan bu torpaqlara xoş gəlmisiniz, biz də xoş gəlmişik!", "Ən böyük xoşbəxtlikdir ki, Siz rəhmətlik atanızın vəsiyyətini yerinə yetirdiniz", "Çox sağ olun, şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına, Sizin sayənizdə, siyasətiniz sayəsində torpaqlarımız azad olub, bu gün biz burada yaşayırıq" fikirləri bu insanların Prezident İlham Əliyevə olan böyük etimadının, sevgisinin təzahürüdür. 

Yaxud "Bu günümüzə şükür. Həmişə yığıncaqlarımız olanda deyirdim ki, belə yığıncaqlarımız Qarabağda olsun. Bu gün arzumuza çatmışıq. Özümüzü o qədər xoşbəxt hiss edirik ki, biz öz torpağımıza, Vətənimizə gəlmişik. Beş gündür burada yaşayırıq. Vallah, heç acmırıq, təmiz oksigenlə nəfəs alırıq", "Bura Qarabağdır, cənnətdir", "Azərbaycan torpağı nə qədər varsa, Siz də, ailəniz də o torpağın üstündə var olasınız. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin, amin!" demələri onların Prezident İlham Əliyevi özlərinin doğması saymalarının göstəricisidir. Bu, həm də keçmiş məcburi köçkünlərin torpaq həsrətlərinə son qoyan müzəffər liderə duyduqları minnətdarlıq hisslərinin təzahürüdür. 

Bəli, on illərin həsrəti artıq tarixə qovuşub. Xocavənddə yaşanan qayıdış sevinci də  elə Qarabağ və Şərqi Zəngəzurda davam edən dirçəlişin bir parçasıdır. İndi bu torpaqlardan yalnız sevinc, qürur nidaları ucalır və bu, hər bir sakinin simasında doğma yurduna qovuşmağın verdiyi daxili rahatlığın və Azərbaycanın qüdrətinə olan sonsuz inamın təntənəsidir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 630 milyon manat olub

12:14
15 Aprel

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

12:13
15 Aprel

Üç suveren fond “Galaxy Orientis” Çin - ASEAN İnvestisiya Platformasının yaradılmasında iştirak edib 

12:12
15 Aprel

Banklardakı əmanətlərin 69 faizdən çoxu milli valyutada qoyulub  

12:06
15 Aprel

Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? – Ali Məhkəmə açıqladı

12:01
15 Aprel

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 47 faiz artıb

11:54
15 Aprel

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,1 faiz artıb

11:43
15 Aprel

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

11:38
15 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb  

11:32
15 Aprel

Zərifə Əliyeva - qəlblərdə yaşayan əbədi işıq və nəciblik nümunəsi

11:31
15 Aprel

Birinci rübdə Azərbaycanda inşaat işlərinin 87 faizini özəl müəssisələr icra edib

11:28
15 Aprel

Mərkəzi Bank yenilənmiş 100 manatlıq əskinasları tədavülə buraxır

11:25
15 Aprel

Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb  

11:13
15 Aprel

ABŞ İranın dəniz ticarətini dayandırıb

11:08
15 Aprel

Görkəmli elm adamı, dəyərli ziyalı və böyük şəxsiyyət

11:01
15 Aprel

BVF qlobal iqtisadi artım proqnozunu 3,1 faizə endirib

10:58
15 Aprel

Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib

10:57
15 Aprel

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

10:57
15 Aprel

İqtisadi fəal əhalinin sayı açıqlanıb

10:51
15 Aprel

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli kömək göstərib  

10:46
15 Aprel

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

10:41
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!