04 Mart 2026 08:25
150
İQTİSADİYYAT
A- A+
Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi


Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın sürətli və davamlı inkişafına nail olmağın ən səmərəli yollarından biri biznes mühitinin  inkişafı, sahibkarlığa geniş meydan verilməsidir. Xüsusilə son yarım əsrdə bir çox ölkələr prioritet istehsal sahələri üzrə azad iqtisadi zonalar və sənaye parkları yaratmaqla milli iqtisadiyyatın dirçəlişində, investisiya axınının artmasında və yeni iş yerlərinin açılmasında uğurlar əldə ediblər. 

Azərbaycan da dünya təcrübəsindən faydalanaraq regional iqtisadi inkişafı dəstəkləyən yeni sənaye parklarının yaradılmasına yönəlmiş addımlar atıb. Bu gün  ölkəmizdə 8 sənaye parkı, 5 sənaye məhəlləsi ölkənin regional sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır. Bir müddət əvvəl Naxçıvan və Qərb sənaye parklarının yaradılmasına başlanılıb. Həmin layihələr də regionun iqtisadi inkişafına müsbət təsir göstərəcək, yeni iş yerlərinin açılması və yerli istehsalın artması ilə ölkə iqtisadiyyatını gücləndirəcək, bölgənin investisiya cəlbediciliyini artıraraq xarici sərmayələrin cəlb olunmasına şərait yaradacaq. Qeyd edək ki, sənaye zonaları sahibkarlara torpaq, infrastruktur, vergi və gömrük sahəsində mühüm güzəştlər təqdim etməklə istehsalın genişlənməsinə, ixracın artmasına və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. Regionlarda yeni iş yerlərinin açılması isə sosial rifahın yüksəlməsinə və iqtisadi fəallığın artmasına səbəb olur. 

Sənaye zonalarının inkişafı və burada tətbiq olunan güzəştlər öz növbəsində müsbət nəticələrin əldə olunmasına zəmin yaradır. İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) idarə heyətinin sədri Seymur Adıgözəlov mətbuata açıqlamasında bildirib ki, 2025-ci ildə 25 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident statusu alıb, nəticədə 14 yeni müəssisə fəaliyyətə başlayıb: "Bu müəssisələr tərəfindən ümumilikdə 136 milyon manat investisiya yatırılıb və 1100-dən artıq daimi iş yeri yaradılıb. Eyni zamanda  sənaye parklarında tətbiq olunan vergi və gömrük güzəştləri rezidentlərə ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət imkanı verib. Bu da biznes mühitinin daha  səmərəli və dayanıqlı olmasını təmin edib. 2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manatlığa yaxın məhsul satışı həyata keçirilib ki, bunun da 1,2 milyard manatlığı ixracın payına düşüb. 2024-cü illə müqayisədə istehsal 21,1, ixrac isə 13,4 faiz artıb. Bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur".

Ötən il neftdənkənar  məhsulların istehsalında sənaye zonalarının payı 19,1, ixracında isə 33,9 faiz olub. Bu rəqəmlər açıq göstərir ki, sənaye zonaları artıq ölkə iqtisadiyyatının əsas dayaqlarından birinə çevrilib. İZİA-nın idarə etdiyi sənaye zonalarında 2024-cü ilin sonuna qədər 138 rezident və  rezident olmayan 13  sahibkarlıq subyekti qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan çox olan layihələr üzrə faktiki olaraq 7 milyard manat sərmayə yatırılıb, nəticədə 82 yeni müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri açılıb. Bütün bu göstəricilər sübut edir ki, sənaye zonaları ölkədə  istehsal və ixracı  genişləndirir, regionlarda iqtisadi fəallığın artmasını, yeni iş yerlərinin yaradılmasını və sosial rifahın yüksəlməsini təmin edən güclü mexanizmdir. 

Sənaye zonaları təkcə milli iqtisadiyyatın dayanıqlı inkişafına xidmət etməklə kifayətlənmir,  ilbəil ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlıq mövqeyini gücləndirən strateji platformaya çevrilir. Bu platforma beynəlxalq əməkdaşlıq sahəsində genişlənən imkanlar və strateji əlaqələr yaratmaq üçün böyük potensiala malikdir. Xarici investorlara təqdim olunan əlverişli vergi və gömrük güzəştləri, müasir infrastruktur və geniş istehsal imkanları ölkəyə investisiya axınını artırır, yerli sahibkarlıqla xarici şirkətlər arasında effektiv əməkdaşlıq imkanları yaradır. Beynəlxalq tərəfdaşlıqlar sayəsində texnologiya transferi, innovativ layihələrin həyata keçirilməsi və yüksəkkeyfiyyətli məhsul istehsalı sürətlənir. Eyni zamanda xarici investorların iştirakı regional sənaye potensialının daha balanslı inkişafına və Azərbaycanın neftdənkənar ixrac imkanlarının genişlənməsinə ciddi töhfə verir. 

Bu günlər İZİA ilə "China Datang Overseas Investment" şirkəti arasında Abşeron yarımadasında "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumu və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Sumqayıt Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə torpaq sahəsinin icarəsinə dair müqavilə imzalanıb. Bu əməkdaşlıqlar və beynəlxalq layihələr ölkəmizin sənaye zonalarının xarici investorlar üçün cəlbediciliyini daha da artırır və onların iqtisadi potensialının inkişafına imkan yaradır. İZİA sədri deyilənləri statistik rəqəmlərin  dili ilə belə bəyan edib: "Əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb. Bu rəqəmlər iqtisadi zonalarımızın beynəlxalq investorlar üçün cəlbediciliyinin davamlı olaraq artdığını aydın şəkildə göstərir. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident qeydiyyatdan keçib. 2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşüb". Bütün bunlar bir daha onu göstərir ki, sənaye zonaları Azərbaycanın neftdənkənar iqtisadiyyatında strateji rol oynayan dayaqlardır. 

Əlavə edək ki, beynəlxalq əməkdaşlıqlar və xarici investisiyalar vasitəsilə texnologiya transferi, innovativ layihələrin həyata keçirilməsi və məhsul keyfiyyətinin yüksəlməsi sürətlənir. Öz növbəsində bu da ölkəmizin iqtisadi imicini gücləndirir və məhsullarımızın dünya bazarlarında daha çox rəqabətqabiliyyətli olması ilə nəticələnir. Yeni sənaye parklarının yaradılması və mövcud zonaların inkişafı Azərbaycanın dayanıqlı iqtisadi modelinin möhkəmlənməsinə, regionlarda balanslı sənaye potensialının formalaşmasına və qeyri-neft sektorunun inkişafına imkan yaradır. Başqa sözlə, sənaye zonaları Azərbaycanın gələcəyinin iqtisadi dayaqlarıdır və ölkəni davamlı inkişaf yoluna çıxaran strateji platformalardır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

Azərbaycan sabitliyin unikal məkanıdır

08:20
04 Mart

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!