17 Yanvar 2026 09:00
603
İQTİSADİYYAT
A- A+
Təxtənəkəran camaatı kənddə yaradılan şəraitdən razıdır

Təxtənəkəran camaatı kənddə yaradılan şəraitdən razıdır


Astaranın Təxtənəkəran kəndi Siyaki kənd inzibati ərazisinə daxildir. Son illər kənddə və bütövlükdə nümayəndəliyin ərazisində xeyli işlər görülmüşdür. 

Avtomobil yolları asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatında 90 faiz kabelləşmə aparılmış, sahilbərkitmə işləri görülərək avtomobil körpüləri tikilmiş, sürətli internet şəbəkəsi yaradılmışdır. Kəndə magistral qaz xətti çəkilsə də, bu işlər hələ tamamlanmamışdır. Amma işlərin yekunlaşdırılması üçün tədbirlər görülür.

Kənd sakinləri əsasən sitrus əkininə üstünlük verməklə ildən-ilə təsərrüfatlarını genişləndirirlər. Özü də bu zaman yeni sitrus meyvə tinglərinin əkilməsinə daha çox üstünlük verirlər. Bununla da daha keyfiyyətli və daha çox məhsul əldə edirlər.

Bu dağ kəndi turizmin inkişafı üçün olduqca əlverişli imkana və şəraitə malikdir. Kəndin yolları asfaltlaşdırılandan sonra burada yeni obyektlər açılmış və nəticədə Təxtənəkərana gələn turistlərin sayı xeyli artmışdır. 

Bu günlər Astara Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev kənddə səyyar görüş keçirmişdir. RİH başçısı dünyada baş verən qlobal hadisələr barədə əhalini məlumatlandırmış, belə bir dövrdə birlik nümayiş etdirməklə dövlətçiliyimizi qorumaq, ölkə rəhbəri ətrafında daha da sıx birləşməyin vacibliyini vurğulamışdır. 

Görüş iştirakçıları ölkəmizdə, o cümlədən Astarada aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən danışaraq əhalinin rifah halının yaxşılaşdırılması üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar həmçinin fürsətdən istifadə edib kənddə yeni elektrik transformatorunun qoyulmasına, evlərə qaz xəttinin çəkilməsi üçün sənədləşmə işlərində olan problemlərin həllinə, Rinə kəndinin yuxarı məhəlləsinə gedən yolun 700 metr hissəsinin asfaltlaşdırılmasına, kəndin elektrik xətt təsərrüfatının SİP kabelləşməsinə, elektrik xəttində ayırıcı açarın qoyulmasına, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə kömək göstərilməsini xahiş etmişlər. RİH başçısı vətəndaşların irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!