10 Sentyabr 2026 21:59
91
CƏMİYYƏT
A- A+
Yeni Azərbaycan – zəfərlər partiyası  

Yeni Azərbaycan – zəfərlər partiyası  


Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının XIII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Lökbatan qəsəbəsinin mərkəzində yerləşən abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram ifadə olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının ötən dövrdəki fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə görülmüş işlər barədə məlumat verib. O bildirib ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə Azərbaycanın dövlətçilik xəttinə uyğun fəaliyyət göstərib və dövlətimizin qüdrətlənməsi üçün var gücü ilə çalışıb. Partiyanın 2021-ci ildə keçirilən VII qurultayı bu siyasi təşkilatın fəaliyyətinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsində mühüm rol oynayıb. Həmin siyasi kursa öz töhfəsini vermək məqəsdilə YAP Qaradağ rayon təşkilatı da fəaliyyətini gücləndirib. Partiya quruculuğu, ərazi partiya təşkilatları və üzvlərlə iş, maarifləndirici və sosial layihələr rayon təşkilatının fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.

Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi yeri və xidmətləri var. Rayon təşkilatı ilə birlikdə həyata keçirilən birgə layihələr, çoxsaylı konfranslar, dəyirmi masalar və digər tədbirlər partiyanın rayon təşkilatının cəmiyyətdə rolunu artırmış, onun sıraları daha da genişlənmişdir. 

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında bildirib ki, YAP-ın yaradılması müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən biridir. Partiyanın VII qurultayından sonra beynəlxalq sahədə fəaliyyətini daha da gücləndirən Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, regionun ən nüfuzlu siyasi təşkilatına çevrilib. Azərbaycan xalqı öz Prezidentini, Onun Sədri olduğu partiyanı daim dəstəkləyir və onun ətrafında sıx birləşib.

Milli Məclisin deputatı Səbinə Xasayeva öz çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həyatında mühüm rol oynayıb. Ümummili Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hakim siyasi qüvvəyə çevrilən partiya ölkənin siyasi, sosial və iqtisadi inkişafına daim öz töhfələrini verib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfər və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu, Azərbaycan xalqının əyilməz birliyinin, tükənməz milli iradəsinin və dövlətimizin böyük gücünün bariz nümunəsidir.

Çıxış edən “91-lər”in nümyəndəsi Munis Bayramov müstəqilliyin bərpasından sonra ölkədə yaranmış ağır vəziyyəti, iqtisadi böhranı və vətəndaş müharibəsi təhlükəsini xatırladıb. O bildirib ki, məhz belə ağır bir dövrdə Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası qısa müddətdə hakim partiyaya çevrilmiş və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən çox üzv birləşib.

Çıxış edən şəhid anası Fəridə İsmayılova bildirib ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin böyük Zəfərlə başa çatmasında Yeni Azərbaycan Partiyasının üzvləri də qəhrəmanlıqla iştirak ediblər. Həm Vətən müharibəsində, həm də 2023-cü ildə keçirilən local xarakterli antiterror əməliyyatında qazanılan zəfərlə hər bir azərbaycanlının böyük qürur hissi keçirdiyini vurğulayan şəhid anası müharibədən sonra şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Azərbaycanın beynəlxalq nüfuzunu ardıcıl şəkildə, yorulmadan artırmaqda davam edən Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

Tədbirdə, Lökbatan Tibb Mərkəzinin direktoru, Nizmai küçəsi 9 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Elçin Hüseynov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasını zəfərlər partiyası kimi xarakterizə edib. O vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə yaradılan bu partiya tarixi baxımdan çox qısa müddətdə hakimiyyətə gəlmiş və bundan sonra keçirilən bütün seçkilərdə failəsiz olaraq qalib olmuşdur. Artıq 23 ildir ki, Yeni Azərbaycan Partiyası Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə həmin qələbələr silsiləsini uğurla davam etdirir və əminik ki, bu qələbələr bundan sonra da uzun illər davam edəcəkdir. 

Çıxışlarda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının hesabat dövründə fəaliyyəti və görülən işlər müsbət qiymətləndirilib və qənatbəxş hesab edilməsi təklif olunub.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rəfael Gülməmmədov Ulu Öndər Heydər Əliyevin sözlərini sitat gətirərək bildirib ki, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 34 il ərzində Yeni Azərbaycan Partiyası öz Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib və bu gün də həmin uğurlar ardıcıl şəkildə davam edir. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultayda verdiyi tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün konkret vəzifələr müəyyənləşdirib. Hər bir partiya üzvü həmin vəzifələrin daha uğurla yerinə yetirilməsi üşün səylə çalışmalı və bu istiqamətdə bilik və bacarığını əsirgəməməlidir.

Konfransda YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII Qurultayına nümayəndələr seçilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb  

22:05
10 Sentyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

22:02
10 Sentyabr

Yeni Azərbaycan – zəfərlər partiyası  

21:59
10 Sentyabr

Azərbaycan-Aİ münasibətləri və Cənubi Qafqazda sülh gündəliyi müzakirə olunub

20:45
10 Sentyabr

Səhrada itmiş qədim sivilizasiya tapılıb

20:43
10 Sentyabr

Qalaktikanın fərqli dünyaları

20:03
10 Sentyabr

Roma dövrünün nəhəng mozaikası aşkarlanıb

19:43
10 Sentyabr

Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşüb

19:35
10 Sentyabr

Okeanın dibində sirli izlər

19:31
10 Sentyabr

Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişafı müzakirə olunub

19:30
10 Sentyabr

Uşaqların kitaba marağı niyə azalır?

19:25
10 Sentyabr

İqlim dəyişikliyinin əmək şəraitinə və işçilərin sağlamlığına təsirləri ilə bağlı müzakirələr aparılıb

19:20
10 Sentyabr

Astanada türk dövlətlərinin daxili işlər nazirləri bir araya gəliblər

19:15
10 Sentyabr

Dayanıqlı enerji mərkəzlərinin iqlimə dözümlülüyün təşviqində roluna dair regional dialoq baş tutub

19:10
10 Sentyabr

Lev Spivak: Azərbaycanın dövlət siyasəti multikulturalizm və həmrəylik prinsiplərinə əsaslanır

19:05
10 Sentyabr

“Kəpəz”in kapitanı uzun müddət oynamayacaq

19:00
10 Sentyabr

Qırğızıstanda ilk robot cərrahiyyə sistemi təqdim olunub

18:55
10 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilk dəfə Almaniyaya dövlət səfərinə gəlib

18:50
10 Sentyabr

Vikinqlərin gizli gümüş xəzinəsi aşkar edilib

18:48
10 Sentyabr

ASA ilə Kembric Universiteti arasında əməkdaşlıq davam etdiriləcək

18:45
10 Sentyabr

Qədim məzarlarda status nişanələri

18:42
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!