07 Dekabr 2024 09:05
1484
Elm və texnika
A- A+
Təqvim yaşı əsasdır, yoxsa bioloji?

Təqvim yaşı əsasdır, yoxsa bioloji?


İnsanın yaşı müəyyənləşdirilərkən onun doğum tarixinə baxılır. Lakin müasir elmi yanaşmalar göstərir ki, yaş anlayışı təkcə xronoloji çərçivə ilə məhdudlaşmır. Mütəxəssislərin fikrincə, əsl yaş insanın bioloji yaşıdır, təqvim yaşı isə sadəcə ədəddir.

Bioloji yaş insanın faktiki yaşı ilə deyil, orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə ölçülür. Əgər bir insanın təqvim yaşı 35-dirsə, onun bioloji yaşının 60 olması da mümkündür. Yaxud əksinə, şəxsiyyət vəsiqəsində yaşı 70 olan birinin bioloji yaşı 40-dan da aşağı ola bilər. Bu səbəbdən eyni yaşda olan iki insanın, hətta əkiz olsalar belə, sağlamlıq vəziyyətlərinə görə bioloji yaşları fərqli ola bilər.

Xronoloji yaş ilə bioloji yaş arasında mühüm bir fərq var. Xronoloji yaşı yalnız məhkəmə qərarı ilə dəyişdirmək mümkündürsə, bioloji yaşı dəyişdirmək, artırmaq və ya azaltmaq insanın öz əlindədir.


Yaş testləri ev şəraitində də aparıla bilər


Bioloji yaş insanın sağlamlıq vəziyyətinin aydın və real göstəricisidir. Onun əsas təyinediciləri yaşa bağlı olan hipertoniya, ürək-damar, alsqeymer, diabet, parkinson, piylənmə və xərçəng kimi xroniki xəsəliklərdir. Bəs bioloji yaşın neçə olduğu necə təyin edilir? Bunun üçün üsul, metod varmı? Əlbəttə ki, var.

Bioloji yaşı həm ev şəraitində, həm də laboratoriyada aparılan testlər vasitəsilə təyin etmək mümkündür. Ev şəraitində bioloji yaşı müəyyənləşdirməyin bir neçə üsulu var.

Balans testi: Bu testi edərkən sol ayağın üzərində durub, sağ ayağı 45 dərəcə əyilmiş vəziyyətdə saxlayıb, əlləri ombaya qoyaraq gözləri yummaq lazımdır. Müvazinəti itirmədən bu şəkildə qalmaq müddətinə əsasən bioloji yaş təyin edilir. Əgər bu şəkildə qaldığınız müddət 70 saniyədən çoxdursa 20, 60-69 saniyədirsə 30, 50-59 saniyədirsə 40, 40-49 saniyə arasındadırsa 50, 30-39 saniyədirsə 60, 20-29 saniyədirsə 70, 19 saniyədən azdırsa 80 yaşındasız.

Refleks testi: Yaşlandıqca ani dəyişikliklərə reaksiya sürəti azalır. Test üçün yazı yazarkən istifadə etdiyiniz əli açıb, yanınızdakı şəxsdən əlinizin üstündə 45 santimetrlik xətkeş tutmasını xahiş edin. O, xətkeşi buraxarkən tutduğunuz hissə reaksiya sürətinizin ölçülməsində mühüm göstəricidir. Əgər xətkeşi tutduğunuz hissədəki rəqəm 14 santimetrdən azdırsa 20, 15-24 santimetr arasındadırsa 30, 25-29 santimetr arasındadırsa 40, 30-35 santimetr arasındadırsa 50, 40 santimetrdən çoxdursa, 60 yaşındasınız.

Dəri testi: Yaşlanan dəri kollagen itkisinə məruz qalır, elastikliyini əhəmiyyətli dərəcədə itirir. Elastiklik itkisinin ölçülməsi də bədən yaşı haqqında məlumat verir. Test etmək üçün dərini sıxıb, təxminən 1 dəqiqə belə tutub sonra buraxmaq lazımdır. Dərinin əvvəlki vəziyyətinə qayıdıb hamarlaşması üçün tələb olunan müddət əgər 1-2 saniyədirsə 30, 3-4 saniyədirsə 40, 5-10 saniyədirsə 50, 10-30 saniyədirsə 60, 30-45 saniyədirsə 70, 45 saniyədən çoxdursa, 80 yaşınız var.

Zehni sürət testi: Bu test zehnin yaddaş, hesablama gücünü ortaya qoyur. Test üçün 100-dən sıfıra doğru 7-7 saymaq kifayətdir. Hesablamaq üçün lazım olan vaxt zehni sağlamlığın göstəricisidir. Əgər hesablama üçün lazım olan zaman 25 saniyədən artıqdırsa, zehin yaşınız 60-dan yuxarı, 20-25 saniyə arasındadırsa, 40-60 arasında, 20 saniyədən azdırsa, 40-dan azdır.


Daha yaxşı yaşlanma...


İllər keçdikcə insanın əsas istəyi yalnız yaşlanmaq deyil, heç kimə yük olmadan, ətrafındakılara əziyyət vermədən qocalmaq olur. Türkiyəli professor Osman Müftüoğlunun fikrincə, qocalıq xəstəliklərinin əsas səbəbi onların bioloji qocalmadan əmələ gəlməsidir. Hər bir insanı xəstəliklərə daha həssas edən xronoloji zamanın özü deyil, orqanizmdəki molekullar və hüceyrələr arasında baş verən, xəstəliklərin yaranmasına zəmin yaradan bioloji dəyişikliklərdir. Sadə dillə desək, bioloji yaşlanma qocalma ilə bağlı bütün xroniki və kəskin xəstəliklər üçün ən böyük müəyyənedici risk faktorudur.

Elm və təkamül göstərir ki, xronoloji yaşdan fərqli olaraq, bioloji qocalmanı dəyişdirmək, yavaşlatmaq və formalaşdırmaq olar. Bioloji yaş yalnız genetikadan asılı deyil. Ətraf mühit, həyat tərzi və özünəqayğı ilə bioloji yaşı sürətləndirmək və ya yavaşlatmaq mümkündür. İnsanların həyat keyfiyyətini yaxşılaşdırmadan, yaddaşını, beynini, ürəyini, damarlarını, əzələlərini və sümüklərini onlar üçün kifayət qədər güclü və davamlı etmədən insan ömrünü uzatmaq mümkün deyil.

İnsanlar 40-50 yaşlarından etibarən "ən az zərərlə" yaşlanmağın yollarını araşdırmalı, tapmalı və tətbiq etməlidirlər. Onlar "Niyə, necə və hansı səhvlərə görə sürətlə yaşlanırıq?", "Xroniki xəstəlikləri necə aradan qaldıra və ya idarə edə bilərik?" kimi suallara cavab tapmalıdırlar. Osman Müftüoğlu bioloji yaşı azaltmaq üçün insanları "qızıl dördlük" adlandırdığı qaydalara əməl etməyə çağırır: müntəzəm məşq, balanslı qidalanma, keyfiyyətli yuxu və az stres. Mütəxəssis qeyd edib ki, bu qaydalara riayət edilsə, xroniki xəstəliklərə qarşı genetik meyil olsa belə, onlara tutulma şansı əhəmiyyətli dərəcədə azalacaq.

Dərin yuxu fazalarının müntəzəmliyi və intensivliyi, yuxunun müddəti və quruluşu olduqca vacib amildir. Bütün yaşlarda, lakin xüsusilə 60 yaşdan sonra sağlam insanların bioloji ritmə diqqət yetirərək keyfiyyətli yuxuya gündə ən azı 6, ən çoxu 9 saat vaxt sərf etməsi tövsiyə edilir.

60 yaşı adlamış insanlar hər gün ağır hərəkətlər etmədən bədən tərbiyəsi ilə məşğul olmalı, yürüş etməlidirlər. Hətta cəmi 20-30 dəqiqəlik sürətli gəzintilər belə DNT-nin uclarında qoruyucu telomerləri daha gənc saxlayaraq hüceyrə aşınmasını yavaşladacaq.

Balanslı qidalanma olduqca vacib amildir. Yeməklər arasında fasilələri uzatmaqla 16 və hətta 18 saatlıq oruc tutmaq insanı daha sağlam edir. Qidalanma zamanı immunitetin zəifləməməsi üçün vitamin qəbulu  da önəmlidir. Omeqa-3, C, D, B12, K1, K2, maqnezium, sink və fol turşusu əksikliyi orqanizmin müqavimətini zəiflədir. Bu vitaminlərsiz sağlamlığı qorumaq və ya yaxşılaşdırmaq mümkün deyil. 

ABŞ-nin Stenford Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmaya görə, yavaş və davamlı bir proses olan qocalma insan ömrü boyu iki dəfə sürətlənir. Bu hal 40 və 60 yaşlarında baş verir. Mütəxəssislər qidalanmaya, yuxuya, damar sağlamlığına, hiss orqanlarının və yaddaşın qorunmasına, aktiv və stressiz həyat tərzinə xüsusilə bu yaşlarda diqqət etməyi tövsiyə edirlər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:33
16 Yanvar

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Büdcə sistemi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:33
16 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında

01:32
16 Yanvar

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

01:32
16 Yanvar

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:31
16 Yanvar

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:30
16 Yanvar

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında

01:29
16 Yanvar

"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" və "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:29
16 Yanvar

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin NİZAMNAMƏSİ

01:27
16 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan maye qazın (propan) və balonlara illik texniki xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edir

01:26
16 Yanvar

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

01:25
16 Yanvar

Hakan Fidan: Türkiyənin Hələbdəki Baş konsulluğu yanvarın 20-də fəaliyyətə başlayacaq  

22:14
15 Yanvar

Hitrou hava limanının rəhbərliyi: “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən sarsıtdı  

22:12
15 Yanvar

Türkiyə Prezidenti Suriyanın yeni xarici işlər nazirini qəbul edib

22:10
15 Yanvar

Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək  

22:09
15 Yanvar

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər 

22:07
15 Yanvar

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

19:23
15 Yanvar

Belarusda prezident seçkilərini 40-dan çox ölkədən beynəlxalq müşahidəçilər izləyəcək  

18:20
15 Yanvar

Millimiz ilin ilk hazırlığına başlayıb

18:19
15 Yanvar

Paris-2024: Azərbaycan idmançılarının da Olimpiya medalları bərbad vəziyyətə düşüb  

18:18
15 Yanvar

Səyahət üçün ən maraqlı ölkələr

18:16
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!