19 Sentyabr 2026 15:13
272
SİYASƏT
A- A+
Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı


Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı təşkilatın qarşıdakı mərhələdə daha güclü, koordinasiyalı və beynəlxalq proseslərə təsir imkanları geniş olan platformaya çevrilməsinin vacibliyini ortaya qoyur. Çıxışın əsas xəttini TDT məkanında təhlükəsizlik, sabitlik, enerji və nəqliyyat bağlantılarının qarşılıqlı şəkildə təmin olunması təşkil edir. Prezidentin vurğuladığı kimi, müasir dövrdə enerji və nəqliyyat təhlükəsizliyini ümumi təhlükəsizlik anlayışından ayrı təsəvvür etmək mümkün deyil. Bu baxımdan geniş coğrafiyada yerləşən TDT ölkələrinin enerji resursları, nəqliyyat dəhlizləri və strateji bağlantılar üzərində yerləşməsi təşkilata həm regional, həm də qlobal miqyasda mühüm geosiyasi imkanlar yaradır.

Azərbaycanın bu prosesdə xüsusi rolu onun coğrafi mövqeyi və enerji-nəqliyyat imkanları ilə şərtlənir. Azərbaycanın həm enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında, həm də Mərkəzi Asiya ölkələrinin resurslarının Xəzər üzərindən Qərb istiqamətində tranzitində iştirak etməsi ölkəmizi TDT məkanının mühüm bağlantı mərkəzlərindən birinə çevirir. Bu baxımdan Azərbaycanın təşəbbüsləri yalnız milli iqtisadi maraqların deyil, bütövlükdə Türk dünyasının nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Çıxışda TDT-nin güclənməsinin yalnız iqtisadi və siyasi əməkdaşlıqla məhdudlaşmadığı, təşkilatın daxilində mövcud olan mənəvi, mədəni və tarixi bağların da mühüm strateji resurs olduğu vurğulanır. Ümumi etnik köklər, dil və mədəniyyət yaxınlığı xalqlar arasında etimadın möhkəmlənməsinə və dövlətlərarası əlaqələrin daha dayanıqlı əsaslar üzərində qurulmasına imkan verir. Azərbaycanın Türk dünyasını xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirməsi də bu yanaşmanın praktik ifadəsidir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinin qurulması, birgə investisiya fondlarının yaradılması və yüksək səviyyəli siyasi dialoqun intensivliyi TDT daxilində əməkdaşlığın artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını göstərir.

Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirməsi mövcud regional və qlobal reallıqlarla bağlıdır. Dünyanın müxtəlif bölgələrində münaqişələrin davam etməsi və onların coğrafiyasının genişlənməsi TDT ölkələrinin təhlükəsizlik sahəsində daha sıx koordinasiyasını zəruri edir. Bu baxımdan təhlükəsizlik qurumları arasında operativ informasiya mübadiləsinin gücləndirilməsi, təcrübə mübadiləsi, mümkün təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və profilaktik tədbirlərin əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Digər mühüm istiqamət isə təhlükəsizliyin yalnız fiziki təhdidlərlə məhdudlaşmamasıdır. Prezident müasir dövrdə ideoloji təxribatların, informasiya təsirlərinin və gənclər arasında manipulyasiya cəhdlərinin də dövlətlərin sabitliyi üçün risk yarada biləcəyini qeyd edir. Bu baxımdan TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə forum və konfransların keçirilməsi, xalqlar arasında birbaşa ünsiyyətin artırılması mühüm strateji istiqamət kimi təqdim olunur. Məqsəd ortaq tarixi və mədəni dəyərlərin gələcək nəsillərə daha sistemli şəkildə ötürülməsi və Türk dünyası daxilində həmrəyliyin uzunmüddətli əsaslarının formalaşdırılmasıdır.

Çıxışın digər mühüm istiqaməti TDT-nin beynəlxalq hüququn və ədalətli beynəlxalq münasibətlər sisteminin müdafiəsində daha fəal mövqe tutması ilə bağlıdır. Azərbaycan təcrübəsi göstərir ki, beynəlxalq hüquq normalarının qəbul edilməsi onların icrasının avtomatik təmin olunması demək deyil. Bu səbəbdən TDT ölkələrinin beynəlxalq platformalarda əlaqələndirilmiş mövqe nümayiş etdirməsi və beynəlxalq hüququn aliliyinin müdafiəsinə daha fəal töhfə verməsi təşkilatın siyasi çəkisini artıran amillərdən biri ola bilər. Prezidentin vurğuladığı bu yanaşma Azərbaycanın öz ərazi bütövlüyünün bərpası prosesində üzləşdiyi beynəlxalq mexanizmlərin səmərəsizliyi ilə bağlı təcrübəsinin də siyasi-diplomatik müstəvidə əhəmiyyətini göstərir.

Bütövlükdə, Prezident İlham Əliyevin TDT-na üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündəki çıxışından görünür ki, Azərbaycan TDT-ni yalnız mədəni və tarixi yaxınlıq platforması kimi deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və beynəlxalq siyasət sahələrində koordinasiyanı gücləndirə bilən strateji təşkilat kimi görür. Türkiyə ilə müttəfiqlik münasibətləri, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla genişlənən iqtisadi və siyasi əməkdaşlıq bu yanaşmanın mühüm dayaqlarıdır.

Bu baxımdan Azərbaycanın əsas marağı TDT daxilində mövcud potensialın praktiki nəticələrə çevrilməsi, üzv dövlətlərin təhlükəsizlik və iqtisadi dayanıqlığının gücləndirilməsi, Şərq-Qərb və Mərkəzi Asiya-Avropa bağlantılarında Türk dünyasının rolunun artırılmasıdır. Təşkilatın təhlükəsizlik üzrə qurumlarının daha sıx əməkdaşlığı isə bu prosesin institusional dayaqlarından biri kimi çıxış edə bilər. TDT-nin güclənməsi Azərbaycan üçün həm milli təhlükəsizlik və iqtisadi maraqların qorunması, həm də Türk dünyasının beynəlxalq sistemdə daha fəal və koordinasiyalı aktor kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

10:44
19 Sentyabr

Bilmək istəyirəm

10:40
19 Sentyabr

Fransa prezidentliyinə namizəd Qabriel Attal "Avropa Birləşmiş Ştatları" ideyasını irəli sürüb

10:35
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!